BANKLARIN TƏQDİM etdiyi kart məhsulları arasında taksit kartları mühüm yer tutur. Bəs bu gün Azərbaycanda taksit kartları istehlakçılara hansı şərtlər təklif edirlər? (Taksit kartı – bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.)
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si taksit kartı təqdim edirlər. Belə ki, Expressbank – SmileCard, Bank of Baku – Bolkart, Unibank – Albalı Plus, Kapital Bank – Birkart, Yapı Kredi Bank – World Card, Bank Respublika – Pay Kart və Azərbaycan Sənaye Bankı – Extra Card taksit kartlarını müştərilərinə təklif edirlər. Taksit kartların ortaq özəlliyi ondan ibarətdir ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın istifadə müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər.
Eləcə də bax: Azərbaycanda ən çox filial şəbəkəsi olan banklar - SİYAHI
Bankların təqdim etdiyi taksit müddəti 60 aya qədəri əhatə edir.
Kartın adı | Limit | Kartın qiyməti | Kartın müddəti | Minimum əmək haqqı |
Albali Plus (Unibank KB) | 300-5 000 AZN | 20 AZN | 60 ay | 100 AZN |
Smilecard (Expressbank) | 100 – 4 000 AZN | Pulsuz | 48 ay | 300 AZN |
Paycard ( Bank Respublika) | 500- 3 000 | Pulsuz | 60 ay | 250 AZN |
World Card (Yapı Kredi Bank) | Şəxsə görə dəyişir | Pulsuz | 60 ay | 250 AZN |