Azərbaycan banklarının bir hissəsi istehlak kreditlərini dayandırıb. FED.az-ın araşdırması nəticəsində məlum olub ki, ölkədə fəaliyyət göstərən 31 bankdan 7-si istehlak kreditini ümumuyyətlə vermir, 4 bank isə yalnız müştərilərinə (yəni maaşını bu bankdan alanlara) kredit verir.
“Access Bank” – azı 6 ay işləməlisən
Müştərinin bankdan istehlak krediti götürə bilməsi üçün 200 manat rəsmi əmək haqqı tələb olunur. 500 manatdan 2 000 manatadək verilən istehlak krediti, 6 aydan 24 ayadək rəsmiləşdirilir. İllik 29% -lə rəsmiləşdirilən kreditdən 1% də komissiya haqqı tutulur. Məbləğdən və müddətdən aslı olaraq zamin tələb oluna bilər ki, bunu da filialda kredit mütəxəssisi təyin edir.
Bankdan kredit əldə etmək istəyən müştəri, şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənəd kimi iş yerindən arayış və ya əmək haqqı kartın son 6 ayın çıxarışını təqdim etməlidir. Həmçinin Elektron Hökümət portalında əmək haqqına da baxıla bilər.
Zamin isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı kartın son 6 ayın çıxarışı sənədləri ilə kredit götürən şəxsə zamin dura bilər.
Bankdan qeyd olunub ki, müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər.
“AFB Bank” – özəl sektoru sevmir
Burada istehlak krediti almaq üçün minimal maaş təyin olunmur. 500-10 000 manata arası istehlak krediti verən bank, qeyri müştəriyə 12 ay, maaşını AFB bankdan alanlara isə 24 ayadək krediti rəsmiləşdirir.
Bank faiz dərəcələrinə də fərdi yanaşır. Belə ki, bankdan maaaş alanlara 26%, dövlət strukturlarına 28%, özəl sektora isə 30% tətbiq olunur. Bank, 500 – 5 000 manat arası 1 zamin, 5 000 – 10 000 manat arası isə 2 zamin tələb edir.
Zamin və kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış Elektron Hökümət və ya maaş aldığı bankdan çıxarış.
Bankdan qeyd olunub ki, kredit götürən şəxs son iş yerində ən az 6 ay çalışmalıdır.
“AGBank”
Bankda istehlak krediti verilmir.
“Amrahbank”
Bankda istehlak krediti verilmir.
“Azər Türk Bank” – faizlər müddətdən asılıdır
Bankdan istehlak krediti əldə etmək istəyən müştəri ən az halda 200 manat rəsmi maaş almalıdır. Müştərinin aylıq gəlirinə baxan bank, ən çox 15 000 manat kredit verir. Krediti 12-36 ay arası rəsmiləşdirən bank, kredit müddətinə görə müştəriyə faiz təklif edir. Belə ki, ən az halda 26%, ən çox halda isə 29% -lə kredit verir.
Hansı məbləğə neçə zamin tələb olunmasını isə kredit götürülən zaman kredit mütəxəssisi tərəfindən təyin olunur.
Bankdan kredit almaq üçün zamin və müştəri şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənədlə banka müraciət edə bilər.
“Azərbaycan Beynəlxalq Bankı” – suyu “üfürərək” içir
Qeyri-müştərilərə istehlak krediti vermir.
“Azərbaycan Sənaye Bankı” – dostunla gəlməlisən
Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 250 manat rəsmi maaş almalıdır. Bankın plastik kartı vasitəsilə maaş almayan şəxslərə ancaq “Extra kart” verilir.
Kartdakı məbləğin ən az olması müştərinin öz seçimi olsa da ən çox halda maaşın 3 misli qədər karta məbləğ köçürülür.
3 illik verilən kart 27% lə rəsmiləşdirilsə də bu faiz güzəşt müddətinə görə dəyişir. Bundan başqa kartı əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış olmalıdır və eyni sənədlərə sahib 1 nəfər zamin göstərilməlidir.
Qeyd edək ki, kart üçün xidmət haqqı 15-50 manat olamaqla kartın növünə görə dəyişir.
“Bank Avrasiya” – maaşın 300 manatdan azdırsa, gəlmə
Bankdan kredit almaq üçün ən az 300 manat rəsmi maaş almaq lazımdır. 500 manatdan 5 000 manata kimi verilən kredit 25%-30% arasında rəsmiləşdirilir. Sadəcə 12 ay müddətinə istehlak krediti verən bankın illik faizləri kredit komitəsinin qərarına əsasən dəyişir.
Kredit əldə etmək istəyən müştəri şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, son bir ildə maaş kartından (bankdan) çıxarış və eyni şərtlərlə1 nəfər zaminlə bank filiallarına müraciət etməlidir.
“Bank BTB” – ən bahalı krediti təqaüdçülərə verir
“Bank BTB” Bankdan kredit almaq üçün maaş məhdudiyyəti olmasa da, yaşayış minimumdan yüksək olarsa, kredit işinə baxıla bilir. 300 manatdan 5 min manatadək verilən istehlak krediti, 3 aydan 6 aya qədər müddətdə rəsmiləşdirilir.
Bankda illik faiz dərəcələri də müxtəlifdir. Belə ki, “A” kateqoriyalı müəssisələrin əməkdaşları, habelə dövlət və ya özəl müəssisələrdə çalışan 1-ci (rəhbərlik), 2-ci (rəhbərliyin birbaşa tabeçiliyində olan) şəxslər, departament və şöbə rəhbərləri: 29% və müsbət kredit tarixçəli müştərilər: 29%-lə istehlak krediti əldə edə bilir. Dövlət müəssisələrinin əməkdaşları üzrə 30%, özəl müəssisələrin əməkdaşları üzrə 31%, minimum, 400 AZN təqaüd alan təqaüdçülər (yalnız yaşa və xidmət illərinə görə təqaüdə çıxanlar) üzrə 32% təşkil edir.
Qeyd edək ki, kreditin məbləği 2000 AZN dən yuxarı olduqda 1 zamin tələb edilir.
“Bank Melli İran Bakı filialı” – azı 1000 manat götürməlisən
200 manat rəsmi maaş alan şəxslər bankdan istehlak krediti əldə edə bilər. Ən az halda 1 000 manat kredit verilsə də müştərinin maaşına baxılaraq yüksək məbləğlərdə də kredit verilə bilər. Bank istehlak kreditini 6 aydan 36 ayadək rəsmiləşdirə bilir. 18%-26% arası illik faiz dərəci tətbiq edən bank, kreditin müddətinə, müştərinin əmək haqqına, aldığı istehlak kreditinin valyutasına və təminatına görə faiz tətbiq edir. Bank, kredit əldə etmək istəyən müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb edir.
Həmçinin eyni sənədlərlə 2 000 manata kimi 1 zamin, 5 000 manata kimi 2 zamin tələb edir.
“Bank of Baku” – son 6 ayın maaşını yoxlayır
Bankdan kredit əldə etmək istəyən müştərilər ən az halda 185 manat rəsmi maaş almalıdır.
300 manatdan 10 000 manatdək istehlak krediti verən bank, krediti 3-36 aya kimi rəsmiləşdirə bilir. Əmək haqqı və kredit tarixçəsinə görə illik faiz dərəcələri 26%-32% arası dəyişir. Bundan başqa bank 2 000 manatdan yuxarı məbləğdə istehlak krediti alan müştəridən zamin tələb edir. Zaminin sayını isə filialda kredit mütəxəssisi təyin edir.
Bankdan qeyd olunub ki, kredit almaq istəyən müştəri şəxsiyyət vəsiqəsi, iş yerindan arayış və ya maaş kartından son 6 ayın çıxarışı ilə banka müraciət etməlidir.
“Bank Respublika” – maaşın fərqi yoxdur
Hazırda sözügedən bankda kampaniya olduğu üçün əmək haqqının nə qədər olmasının fərqi yoxdur. Kampaniyadan əvvəl isə 350 manat rəsmi maaş tələb olunurdu.
500 manatdan 5 000 manata qədər istehlak krediti verən bank, siyahı üzrə xüsusi şirkət işçilərinə 10 000 manata kimi kredit verir. 6 aydan 24 ayadək kredit verən bankın şərtləri kampani çərçivəsində də dəyişməz qalıb.
Əvvəllər dəyişməz olaraq 30% -lə kredit verən bank, hazırda kampaniyaya uyğun olaraq 28-29% lərlə kredit verir. Kredit faizləri kreditin məbləğinə görə dəyişir. Əvvəllər 3 000 manata qədər zaminsiz kredit verən bank, hazırda maaşa uyğun olaraq zamin tələb edir.
Bankdan istehlak krediti almaq istəyən müştəri iş yerindən arayış, maaş kartından 6 aylıq çıxarış və eyni sənədlərlə zamaninlə müraciət etməlidir.
Qeyd edək ki, kampaniya 31 dekabra kimi davam edəcək.
“Bank VTB” – öz müştərilərimiz kifayətdir
Bank qeyri-müştərilərə kredit verilmir.
“DəmirBank” – “oflayn” rejimdədir
İstehlak krediti verilmir.
“Expressbank” – 3000 manata qədər zamin lazım deyil
Bankdan kredit əldə etmək üçün müştəri ən az halda 155 manat rəsmi maaş almalıdır.
3-36 ayadək 300 manatdan 15 000 manatadək kredit verən bank, 27%-28% -lərlə kredit rəsmiləşdirir.
Əmək haqqını bankın plastik kartı ilə alan müştəri 27%, qeyri müştərilər isə 28% lərlə krediti əldə edə bilər.
Bank, 3 000 manatlıq istehlak kreditdən çox kredit alan müşətridən 1 nəfər də zamin tələb edir. Krediti əldə etmək üçün şəxsiyət vəsiqəsi, iş yerindən arayış və ya bank kartından çıxarışla filiala müraciət etməlidir.
“Günay Bank”
İstahlak krediti vermir.
“Xalq Bank” – istehlak kreditini ancaq bölgələrdə verir
Bank müştərinin nə qədər maaş aldığına məhdudiyət qoymur. 55 manatdan 2 000 manatadək kredit verən bank, 1 aydan 24 ayadək krediti rəsmiləşdirir. Müştərinin ödəniş qabiliyyətinə görə dəyişən illik faiz dərəcələri 22%-28% lərəsmiləşdirilir.
Bank hər bir halda zamin tələb edir. Belə ki, 1 hüquqi şəxs və ya 2 nəfər fiziki şəxs müştəriyə zamin durmalıdır.
Qeyd edək ki, bank istehlak kreditini Bakıdan kənar yəni, sadəcə bölgələrdə verir.
Bakı qeydiyyatı vətəndaşlar sözügedən bankdan kredit əldə etmək üçün ən yaxın Sumqayıt filialına şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, plastik kartdan çıxarış və eyni sənədlərə sahib zaminlə müraciət etməlidir.
“Kapital Bank” – müştərisi boldur
Qeyri müştəriyə istehlak krediti verilmir.
“Muğanbank”
İstehlak krediti verilmir
“Naxçıvanbank” - ən ucuz krediti verir
20 000 manatadək istehlak krediti verən bank, krediti 3 aydan 18 ayadək rəsmiləşdirir. İstehlak krediti 17-18% arasında verilir. Ətraflı məlumat üçün bankla əlaqə saxlağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
“NBCBank” – 5 min manata qədər 1 zamin lazımdır
Bankın tələb etdiyi minimal əmək haqqı155 manatdır və əsasən Maliyyə Bazarına Nəzarət Palatasının düsturu üzrə hesablanır.
Minimum kredit məbləği müştərinin istəyinə bağlıdır, maksimum isə 10 000 manatadək girovsuz, 500 000 manatadək daşınan və ya daşınmaz əmlak girovu ilə kredit verilir.
Minimal müddət müştərinin istəyinə görədir, maksimal kredit müddəti 60 aydır.
Kampaniya olan dövrdə minimal 21% maksimal kredit faizi isə 32 % təşkil edir.
Faizlərin aşağı və ya yuxarı olması müddətə görə dəyişir, kreditin verilmə müddəti nə qədər uzundursa illik % (faizi) də ona görə yüksəlir.
2500 manata qədər zaminsiz, 2500-5000 qədər 1(bir) zamin, 5000-10 000 qədər 2 zamin tələb olunur. 10 000 yuxarı girovla yanaşı zamin də tələb oluna bilər. Kampaniya olmayan dövrdə nəğd pul kreditinin illik faizi minimal 29 % maksimal 32 % təşkil edir. Kredit götürmək üçün iş yerindən arayış və ya bankdan son 6 ayın maaş haqqında çıxarışı və şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni sənədlər zamin üçün də keçərlidir.
“NİKOİL Bank” – 155 manatın varsa kredit götürə bilərsən
Bankın tələb etdiyi minimal maaş 155 manatdır. Minimum kredit məbləği 500, maksimum isə 30 000 manatdır. Minimal 28% maksimal kredit faizi isə 32% təşkil edir.
Faizlərin aşağı və ya yuxarı olması kredit tarixinə görə dəyişir.
3 000 manatdan sonra 1 nəfər zamin tələb olunur. Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən elektron arayış, bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb olunur.
Qeyd edək ki, müştərinin ümumi iş təcrübəsi 12 aydan az olmamalı və son iş yerində 6 aydan çox iş təcrübəsi olmalıdır. Eyni şərtlər zamin üçün də keçərlidir.
“Pakistan Milli Bankı”
İstehlak krediti verilmir.
“PAŞA Bank” – tanımadığna kredit vermir
Qeyri müştərilərə istehlak krediti verilmir.
“Rabitəbank” - güc strukturları üçün güclü endirim edir
Bank müştərinin aylıq əmək haqqına limit tətbiq etmir.
Minimum kredit məbləği 300 manat, maksimum isə 5 000 manatdır. Güc strukturları üçün bu məbləğ 10 000 manatadək hesablanır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 36 aydır. Güc strukturları üçün 3 aydan 24 aya kimi.
Minimal 26% maksimal kredit faizi isə 30 % təşkil edir. Güc strukturları üçün 24%. Faizlərin aşağı və ya yuxarı olması müddətə görə dəyişir, kreditin verilmə müddəti nə qədər uzundursa illik % (faizi) də ona görə yüksəlir.
Qeyri müştəri 2 000 manatdan sonra 1(bir) zamin, güc strukturlarına isə 3 000 manatdan sonra 1(bir) zamin tələb olunur. Kredit götürmək üçün bankdan son 6 ayın maaş haqqında çıxarışı və şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni sənədlər zamin üçün də keçərlidir.
“Silk Vey Bank”
Qeyri müştərilərə istehlak krediti verilmir.
“TuranBank” – toya getmək üçün də kredit verir
Bank müştərinin əmək haqqında limit tətbiq etmir.
Minimum kredit məbləği 100 manat, maksimum isə 5 000 manatdır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 18 aydır. İstehlak krediti illik 29% tətbiq edilir.
2 000 manatadək 1(bir) zamin, 5 000 manatadək isə 2(iki) zamin tələb edilir. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış tələb olunur. Eyni sənədlər zamin üçün də keçərlidir.
“Unibank” – 1-ci qrup əlillərdən sağlam zamin tələb edir
Bank istehlak krediti verdiyi müştərinin ən az halda 100 manat əmək haqqı almasını tələb edir. Minimum kredit məbləği 300 manat, maksimum isə 15 000 manatdır. Minimal müddət 3 ay, maksimal müddət isə 36 aydır. İstehlak krediti minimal 23%, maksimal kredit faizi isə 33% edir.
Faizlərin aşağı və ya yuxarı olması məbləğə görə dəyişir, kreditin məbləği nə qədər uzundursa illik % (faizi) də ona görə yüksəlir.
Zamin sadəcə Müddətdən Artıq Xidmət Edən (Maxe) və 1-ci qrup əlillərdən tələb edilir.
Bankdan qeyd olunu ki, maxelərin zamini maxe, 1-ci qrup əlillərin zamini isə əlil olmamalıdır. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış ya da bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb edilir. Eyni şərtlər zamin üçün də keçərlidir.
“Yapı Kredi Bank Azərbaycan” – 4 manata 3 000 manat kredit
Bank yeni kampaniyaya start verərək gündəlik 4 manata 3000 manat kredit verir. 31 Dekabr 2017-ci il tarixinə qədər Yapı Kredi Bank Azərbaycan nağd pul kreditinin illik faizinə 3% endirim edərək illik 25%-lə təklif edir. Nümunə olaraq, aylıq ödəniş cədvəli aşağıdakı kimidir.
12 aydan 36 aya kimi istehlak krediti verən bank, illik 25%-lə (faizlə) kredit təklif edir.
“Ziraat Bank Azerbaycan”
Məlumat verilmir.
Hansı banklar istehlak krediti verir – ŞƏRTLƏR, TƏLƏBLƏR, SİYAHI
16:07
15 Dek 2017