Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 31 363,3 milyon manat məbləğində aktivlərin 1,7%-i qədərdir.
FED.az xəbər verir ki, ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 10,8%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.
Eləcə də bax: Azərbaycanın bank sektoru aktivlərini - 6% ARTIRIB
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən 9 ayda aktivlərinin 8,5%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 7,4%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 19-cudur.
Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-4,2% arasında dəyişir.
Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 21,6%-i qədər zərərlə üzləşib.
№
|
Bankın adı
|
Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Bank of Baku |
10,8% |
2 |
Unibank |
8,5% |
3 |
Express Bank |
7,4% |
4 |
Bank VTB Azərbaycan |
4,2% |
5 |
Bank Avrasiya |
3,6% |
6 |
Azərbaycan Beynəlxalq Bankı |
3,5% |
7 |
Kapital Bank |
2,5% |
8 |
Naxçıvan Bank |
2,1% |
9 |
Premium Bank |
1,9% |
10 |
PAŞA Bank |
1,5% |
11 |
Bank BTB |
1,3% |
12 |
Zıraat Bank Azərbaycan |
1,3% |
13 |
Bank Respublika |
1,2% |
14 |
Rabitəbank |
1,2% |
15 |
Xalq Bank |
1,1% |
16 |
Yapı Kredi Bank Azərbaycan |
0,9% |
17 |
AFB Bank |
0,8% |
18 |
Azərbaycan Sənaye Bankı |
0,7% |
19 |
Günay Bank |
0,5% |
20 |
Azər-Türk Bank |
0,2% |
21 |
Turan Bank |
0,1% |
22 |
Atabank |
0,0% |
23 |
NBC Bank |
0,0% |
24 |
Nikoyl Bank |
-0,4% |
25 |
AGBank |
-0,5% |
26 |
Muğan Bank |
-1,5% |
27 |
Pakistan Milli Bankı - Bakı |
-2,8% |
28 |
Amrah Bank |
-4,2% |
29 |
Access Bank |
-11,0% |
30 |
İran Milli Bankı - Bakı |
-21,6% |
|
Orta hesabla |
1,7% |
Eləcə də bax: Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
"Renkinq"