Azərbaycanda qeyri-nağd ödənişlərə nəzarət getdikcə ciddiləşməkdədir. Artıq nağd ödənişlərin məhdudlaşdırıldığı bir şəraitdə xidmət və ticarət obyektləri POS terminallara keçirlər. Son vaxtlar vergidən yayınma hallarının qarşısının alınması üçün atılan addımlar, o cümlədən «kartdan karta» ödənişlərə böyük cərimələrin tətbiq edilməsi POS terminallara tələbatı daha da artırıb.
Banklar pulu nəyə xərcləyirlər? – XƏRC MADDƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLARIN SİYAHISI (30.09.2024)
Yelo Mobil POS ilə Visa kartlarından ödənişlərinizi komissiyasız - QƏBUL EDİN
Mağazaların satış zamanı ödənişləri asanlaşdırmaq üçün banklardan POS terminallar əldə etməsi geniş yayılmış təcrübədir. Bu sistem vasitəsilə həyata keçirilən hər ödənişdən banklar müəyyən komissiya haqqı qazanır. Beləliklə, həm ticarət obyektləri müştərilərinə rahatlıq təqdim edir, həm də banklar gəlir əldə edir.
FED.az bu məqalədə bankların POS terminallar üçün tələb etdiyi komissiya məbləğlərini araşdırıb.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Banklar |
Əməliyyatlar üzrə xidmət haqqı |
1 |
ABB |
POS-terminal üzrə tariflər fərdi olaraq təyin olunurlar. |
2 |
Premium Bank |
Azericard prossesinq mərkəzində xidmət olunan kartlar ilə aparılan her bir əməliyyata görə - 1,18% Digər prossesinq mərkəzinə aid kartlar ilə aparılan her bir əməliyyata görə - 3,18% |
3 |
Rabitəbank |
Marketlərdə dövriyyəyə görə faizlər aşağıdakı kimi dəyişir : 0-10 000 - 1,90% 10 000 - 50 000 - 1,80% 50 000 - 100 000 – 1,70% 100 000 üzrəi – 1,60% |
4 |
Bank Respublika |
Bank Respublikanın kartları ilə etdikdə 1.47%, ölkədaxili və ölkəxarici kartlarla etdikdə 2.47%. |
5 |
TuranBank |
TuranBank kartları vasitəsilə - 1,20% TuranBank kartları vasitəsilə (Token əməliyyatlar) – 2,50% Ölkədaxili və xarici PM-də xidmət olunan bankların emissiya etdiyi kartlar vasitəsilə - 2,50% American Express kartları vasitəsil – 4% |
6 |
Unibank |
Hər əməliyyatdan 2.3% komissiya tutulur |
7 |
XalqBank |
Azərikard prosessinq mərkəzində xidmət olunan kartlar üzrə - 1,59% Mərkəzi Bankın Banklararası Kart Mərkəzi tərəfindən emal olunan ölkədaxili kartlar üzrə - 2,59% Beynəlxalq kartlar üzrə - 2,59 |
8 |
Ziraat Bank |
“Ziraat Banka Azərbaycan” ASC tərəfindən emissiya edilmiş ödəniş kartları – 0,75% Yerli banklar tərəfindən emissiya edilmiş sadə seqment* kartları – 0,95% Yerli banklar tərəfindən emissiya edilmiş orta seqment** kartları – 1,95% Yerli banklar tərəfindən emissiya edilmiş premium segment *** kartları – 2,50% Xarici banklar tərəfindən emissiya edilmiş sadə seqment* kartlar – 1,80% Xarici banklar tərəfindən emissiya edilmiş orta seqment** kartlar – 2,00% Xarici banklar tərəfindən emissiya edilmiş premium seqment*** kartlar – 2,50% |
9 |
Kapital Bank |
Pos-terminal vasitəsi ilə aparılan əməliyyatlar üzrə Partnyordan tutulan xidmət haqqı: Taksit əməliyyatları üzrə xidmət haqqı: Bank ilə əldə edilən razılaşmaya əsasən, komissiya məbləği (taksit sayı üzrə) dəyişə bilər. |
10 |
Yelo Bank |
Yelo Bank kartları – 1.5% Ölkədaxili kartlar 2.5% Ölkəxarici 2.8% Tokenlər (Apple Pay & Google Pay) 2.5% |
11 |
Azər-Türk Bank |
Azər-Türk Bank ASC kartlarının qəbulu üzrə komissiya - 1%, digər Bankların emissiya etdiyi kartların qəbulu üzrə komissiya - 2% |
12 |
Bannk BTB |
Bank “BTB”, Bank Avrasiya və Ziraat Bankın kartları - 2% Ölkədaxili digər kartlar - 2,5% Xarici kartlar - 3,2 % Token ödənişləri üzrə xidmət haqqı (ölkədaxili və ölkəxarici kartlar üzrə) - 3,2% |
13 |
Azərbaycan Sənaye Bankı |
ASB Bank və Milli Kart üzvü Bank Kartları –1 % Digər Bank Kartları – 2 % |
14 |
AFB Bank |
Ödənişlərdə hər bir əməliyyata görə 2% komissiya haqqı tətbiq edilir. |
15 |
Yapı Kredi Bank |
Ödəniş Yapı Kredi Bank kartları olduğu zaman 2.2%, digər banklar 2.5% komissiya tətbiq olunur. |
16 |
AccessBank |
AccessBank kartları vasitəsilə ödənişlərdən 2%, digər kartlarla ödənişlərdən 3% komissiya tutulut |
* VİSA classic, Mastercard debet və s. (cashback kartlar xaric)
** VİSA Gold, Mastercard Gold və s.
*** VİSA Rewards, Infinity, Mastercard World, World Elite və s.