Getdiyimiz bütün yerlərdə - market, restoran, aptek və s. digər iaşə obyektlərində ödənişləri nağdsız formada həyata keçirmək artıq adət halını alıb. Ödəniş edən zaman bir çoxumuzun ilk eşitdiyi cümlə «Kartla, yoxsa nağd olacaq?» olur.
FED.az xəbər verir ki, nağdsız – kartla ödənişlər alıcı üçün çox rahat olsa da, obyekt sahibi üçün vəziyyət bir az fərqlidir. Məsələ bundadır ki, biz hər mal və xidmət alanda məhsulun qiyməti qədər ödəniş edirik, bunun nağd və ya kartla olmasının bizə fərqi olmur.
Mağaza sahiblərində isə vəziyyət fərqlidir - ödənişi nağdsız qaydada – kartla edəndə obyekt sahibindən müəyyən dərəcədə bank faizi tutulur. Bu – posterminalı təqdim edən bankın komissiyasıdır.
Faiz dərəcələri eyni deyil - bankdan banka dəyişir. Bankların POS-terminalları ilə ödəniş dərəcələri də fərqli olur.
Məsələn, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən aşağı faiz dərəcəsi ilə POS-terminal təqdim edən bank «Turan Bankd»ır. Bankın öz kartları ilə POS-terminallarında ödəniş zamanı 0,96% komissiya tutulur. «Turan Bank»dan başqa digər bankların kartları ilə ödəniş zamanı isə 2,5% komissiya tutulur.
Bu POS-terminalları obyektlərdə yerləşdirmək üçün bəzi banklar müəyyən məbləğdə ödəniş istsələr də, bəzi banklar POS-terminalları tam ödənişsiz şəkildə verir. Məsələn, Accesbank POS-terminal quraşdırılması üçün 650 manat, ABB, Bank Respublika POS-terminal quraşdırılması üçün 700 manat, Unibank isə POS-terminal quraşırması üçün 100 manat depozit tələb edir.
Bəzi banklarda POS-terminallara aylıq xidmət haqqı dövriyyədən asılı olaraq tətbiq olunmasa da, bəzi banklarda isə müəyyən məbləğdə xidmət haqqı tələb olunur.
Azərbaycanda fəaliyyət göstərən Bank VTB Azərbaycan filialının terminallarında yalnız Rusiya banklarının kartları ilə ödəniş etmək olur və bu terminallarda faiz dərəcəsi 3%-dir.
Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların POS-terminalları üçün depozit məbləğləri, komissiya faizləri, xidmət haqqları göstərilib:
|
№ |
Bank |
POS-terminal üçün depozit |
Komissiya, %-lə |
Xidmət Haqqı |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
700 AZN depozit |
ABB kartları ilə 2% |
Aylıq 15 AZN, dövriyyə 1000 AZN-dən az olarsa, POS-terminal geri alınır. |
|
2 |
Azər‐Türk Bank |
200 AZN depozit |
AzərTürkBank kartları üzrə 1%, |
Aylıq minimal ödəniş haqqı dövriyyə min |
|
3 |
AccessBank |
650 AZN ödəniş |
AccessBank kartlarından ödənişlərdə 2%, |
Xidmət haqqı yoxdur. |
|
4 |
AFB Bank |
300 AZN depozit |
AFB Bank kartları ilə ödəniş zamanı 2% |
Aylıq dövriyyə isə 1000 AZN təşkil etməlidir, |
|
5 |
Azərbaycan Sənaye Bankı |
Depozit yoxdur |
ASB və Millikart üzvü olan banklar üçün 1% |
Xidmət haqqı yoxdur. |
|
6 |
Bank Respublika |
700 AZN - ödəniş |
Bank Respublika kartları vasitəsi ilə 1.47%, |
POS-terminalı kassaya bağlamaq üçün birdəfəlik ödəniş - 70,80 AZN və ya |
|
7 |
Kapital Bank |
Depozit yoxdur |
Komissiya sahibkarla fərdi qaydada müəyyənləşdirilir və müqavilədə qeyd olunur. Qeyd olunan % dərəcəsi sahibkara uyğun olmazsa müqaviləyə xitam verilir. |
Xidmət haqqı aylıq 30 AZN təşkil etsə də, |
|
8 |
Paşa Bank |
700 AZN depozit |
Komissiya yerli kartlardan 2%, xarici kartlardan və GooglePay, ApplePay ödənişlərindən 2,2% |
Aylıq dövriyyə Bakı və Sumqayıtda 1500 AZN, Sədərəkdə 1000 AZN, regionlarda 500 AZN-dən az olarsa, hər ay depozitdən 20 AZN xidmət haqqı tutulur. |
|
9 |
Unibank |
100 AZN depozit |
2,3% komissiya haqqı tutulur |
POS-terminala aylıq xidmət haqqı 20 manatdır, amma aylıq dövriyyə 3 min manatdan çox olarsa pulsuzdur. |
|
10 |
VTB bank |
Depozit yoxdur |
3% |
Yalnız Rusiya Banklarının kartları ilə ödəniş |
|
11 |
XalqBank |
Hesab açılanda 700 AZN depozit tələb olunur, POS-terminal ödənişsiz quraşdırılır. |
Azərikard prosessinq mərkəzində xidmət olunan kartlar üzrə 1,59% |
Aylıq dövriyyə tələbi Bakı və Sumqayıtda 1000 AZN, regionlarda isə 500 AZN təşkil edir. |
|
12 |
Yelo Bank |
Depozit tələb olunmur, |
Yelo Bank ASC-yə aid kartlarla 1,5%, yeri banklar və kart |
Aylıq minimal komissiya haqqı 50 AZN, 1 ay |
|
13 |
Ziraat Bank |
Depozit tələb olunmur |
Ziraat Bank Azərbaycan kartları üzrə 0,75%, yerli kartlar üzrə 2,25%, xarici kartlar üzrə 2,5% |
Xidmət haqqı aylıq 20 AZN təşkil edir. |
|
14 |
Bank Avrasiya |
Depozit 300 AZN |
Bank Avrasiya kartları ilə ödənişlər üzrə 1,83%, |
Aylıq dövriyyə 1000 AZN-dən çox olarsa, xidmət haqqı tutulmur, az olarsa, 20 AZN xidmət haqqı tutulur. |
|
15 |
Yapı Kredi Azərbaycan |
Depozit tələb olunmur |
Yapı Kredi Azərbaycan kartları üzrə 2%, |
Aylıq xidmət haqqı 20 AZN-dən başlayır. |
|
16 |
Rabitəbank |
Depozit 200 AZN |
Komissiya YDM-lərdə 10000 AZN dövriyyəyə qədər 1,7%, |
Dövriyyə 3000 AZN-ə qədər olarsa, 50 AZN, |
|
17 |
Expressbank |
Depozit 300 AZN |
Ölkədaxili kartlardan 2,2% |
Aylıq dövriyyə 7-8 min AZN olmalıdır. Əks halda |
|
18 |
Bank of Baku |
Depozit tələb olunmur |
Bank of Baku kartları üzrə 1,5%, |
Aylıq dövriyyə 1000 AZN-i keçməlidir. |
|
19 |
Bank BTB |
Depozit 500 AZN |
Azəricard şəbəkəsi ilə işləyən bankların kartları 1,5 % |
Aylıq xidmət haqqı hər smart kassa terminalı üçün 30 AZN, dövriyyə 5 000 AZN məbləğini keçdikdə aylıq xidmət haqqı yoxdur. |
|
20 |
Premium Bank |
Depozit tələb olunmur |
Azericard prossesinq mərkəzində xidmət olunan kartlar ilə |
İlk 3 ay ərzində dövriyyə 1000 AZN-dən az olarsa, POS-terminal geri qaytarılır. |
|
21 |
Turan Bank |
Depozit tələb olunmur |
Turan Bank kartları üzrə 0,96% |
1000 AZN-dək dövriyyə üçün 25 AZN, 1000 AZN-dən yuxarı dövriyyə üçün xidmət haqqı yoxdur. |
|
22 |
Bank Melli İran |
POS-terminal yoxdur |
|
|
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin oktyabr ayının sonuna ölkədə 173 min POS-terminal var. POS-terminalların çoxu Bakı İqtisadi Rayonunda (107 min ədəd), ən azı isə Şərqi Zəngəzur İqtisadi Rayonunda (245 ədəd) qeydə alınıb. Həmçinin təkcə oktyabr ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil edib. Bu ödənişlərin 1 milyard 45 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Bunlarla yanaşı, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə ölkədə POS-terminalların sayı 60,4% artıb.
Aşağıdakı cədvəldə iqtisadi rayonlarda olan POS-terminalların sayı qeyd edilib:
|
S/N |
Region |
POS-terminalların sayı (ədəd) |
|
1 |
Bakı iqtisadi rayonu |
107,000 |
|
2 |
Abşeron-Xızı iqtisadi rayonu |
10,803 |
|
3 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
7,494 |
|
4 |
Lənkəran-Astara iqtisadi rayonu |
6,370 |
|
5 |
Şəki-Zaqatala iqtisadi rayonu |
6,098 |
|
6 |
Mərkəzi Aran iqtisadi rayonu |
6,072 |
|
7 |
Quba-Xaçmaz iqtisadi rayonu |
5,188 |
|
8 |
Qarabağ iqtisadi rayonu |
5,169 |
|
9 |
Qazax-Tovuz iqtisadi rayonu |
5,110 |
|
10 |
Naxçıvan iqtisadi rayonu |
3,966 |
|
11 |
Şirvan-Salyan iqtisadi rayonu |
3,505 |
|
12 |
Mil-Muğan iqtisadi rayonu |
3,475 |
|
13 |
Dağlıq Şirvan iqtisadi rayonu |
2,413 |
|
14 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
245 |











