Bank kartları arasında rəqabət özünü müxtəlif formalarda göstərir. Onlardan biri də «kəşbək»lərlə müştəri cəlb etmək üsuludur. Müxtəlif kateqoriyalarda – market, restoran, və s. «kəşbək»lər təklif olunur. Təklif olunan «kəşbək»lərdən xüsusilə də sürücülərin diqqətini çəkən bir məqam YDM-larda (yanacaq doldurma məntəqəsi) xərclənən vəsaitlərdən geri qayıdan «kəşbək»lərdir.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Fevral, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yanacaq xərclərinə hər ay milyonlarla vəsait xərclənir. Elə bu artan xərclər fonunda sürücülər yanacaq xərclərinə qənaət etməyin yolunu axtarırlar. Bu anda «yanacaq kəşbək»ini daha sərfəli şərlərlə təklif edən banklar sürücülərin seçimi olurlar.
FED.az biznes və maliyyə xəbərləri portalı avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma zamanı məlum olub ki, Azərbaycanda banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-6% aralığında «kəşbək» qazanmaq olur.
Müxtəlif bankların kartları ilə yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan «kəşbək» dərəcələri aşağıdakı cədvəldə qeyd edilib:
|
№ |
Bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
|
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB* |
Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun |
"Ailə başçısı kateqoriyası" ilə İST Petrolda - 5% |
20 manat |
|
|
|
|
||||||
|
2 |
Azər‐Türk Bank |
ATB Debet Card |
1% |
200 manat |
||
|
|
||||||
|
3 |
Bank Respublika |
Neo Standart |
2% (limitdən sonra 0,5%) |
10 manat |
||
|
Neo Premium |
30 manat |
|||||
|
|
||||||
|
4 |
Unibank** |
Ucard Classic |
SOCAR YDM-lərdə |
10 manat |
||
|
|
||||||
|
5 |
XalqBank*** |
XalqKart Cashback |
2% |
30 manat |
||
|
XalqKart Petrol |
3% |
|||||
|
|
||||||
|
6 |
Yelo Bank |
Yelo Light |
4% |
100 manat |
||
|
Yelo Premium |
5% |
|||||
|
|
||||||
|
7 |
Rabitəbank |
Kartmane Kredit/Premium |
5% |
30 manat |
||
|
Kartmane Debet |
1,5% |
|||||
|
"Yaşıl kəşbək" |
Kart vasitəsi ilə ödəniş - 0,5% |
|||||
|
Apple Pay və Google Pay vasitəsi ilə ödəniş - 1,5% |
||||||
|
|
||||||
|
8 |
Bank of Baku**** |
Bolkart Debet |
SOCAR, "Azpetrol" YDM-larda 1,5% |
10 manat |
||
|
Bolkart Kredit |
SOCAR, "Azpetrol" YDM-larda 3% |
|||||
|
Bolkart Digital |
SOCAR YDM-larda 5% |
20 manat |
||||
|
|
||||||
|
9 |
AccesBank***** |
MyCard Premium |
3% |
30 manat |
||
|
|
||||||
|
10 |
AFB Bank |
Mono Premium |
Apple Pay və |
30 manat |
||
|
Mono Sadə |
Apple Pay və |
|
||||
*Ailə başçısı kateqoriyasın ilə yalnız ABB POS-termianllarında istifadə edən zaman kəşbək qazanmaq mümkündür.
**Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
***XalqKart PETROL kartı ilə bütün nağdsız ödənişlərdən 3% oil-bonus qazanmaq olar. Daha sonra bu bonusları Azpetrol YDM-lərdə istifadə etmək mümkündür.
****Yalnız Bank of Baku-ya aid POS terminallar vasitəsilə ödəniş olunmalıdır.
*****Cəmi nağdsız dövriyyə 500 manatı, kateqoriyadan kənar dövriyyə 300 manatı keçməlidir. Qeyd olunan kateqoriyalar üzrə minimal tələblər icra olunmadıqda kateqoriya üzrə cashback ödənilmir.
Qeyd edək ki, Kapital Bankda müştərilərə hər ay müxtəlif kateqoriyalarda seçim imkanı verilir. Bəzi hallarda YDM-lərdə də kəşbək qazanmaq mümkün olur.











