Müasir dövrdə istehlak vərdişləri dəyişdikcə, bank xidmətləri də bununla ayaqlaşmağa çalışır. Xüsusilə gündəlik xərclərin böyük hissəsini təşkil edən restoran və kafe ödənişlərində müştərilərə təklif olunan kəşbək imkanları daha çox diqqət çəkir. Həm xərclə, həm qazan prinsipi ilə işləyən bu sistemlər, müxtəlif bankların təklif etdiyi kartlar arasında ciddi rəqabət yaradıb.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (May, 2025)
Maşına benzini hansı bankın kartı ilə almaq daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (May, 2025)
FED.az xəbər verir ki, restoran ödənişlərində ən yüksək kəşbək faizi Bank of Baku-nun Bolkart kredit kartında qeydə alınıb. Bu kartla KFC, Pizza Hut və Smit Sarayı kimi məkanlarda ödəniş zamanı kəşbək faizi 8 faizə bərabərdir. Eyni zamanda, McDonalds və digər restoranlarda da bu kartla 7 faiz kəşbək əldə etmək mümkündür. Eyni bankın Bolkart debet kartı ilə isə maksimum 3 faiz kəşbək mümkündür.
Yüksək kəşbək təklif edən digər banklardan biri AccessBank-dır. Bu bankın myCard Standard debet kartı ilə restoran xərclərində 5 faiz kəşbək qazanmaq mümkündür. Yelo Bank və Bank Respublika isə 4 faiz kəşbək təklif edən banklardandır.
Unibank daha fərqli bir sistem tətbiq edir. Bu bankın UCard məhsulu istifadəçinin ay ərzindəki dövriyyə və depozitlərinə əsaslanaraq onu Classic, Pro və Premium mərhələlərə ayırır. Faizlər isə mərhələdən asılı olaraq 2 ilə 2,5 faiz arasında dəyişir. Ən yüksək mərhələ olan Premium üçün müştəri ay ərzində 800 manat nağdsız dövriyyə etməli və bankda 3000 manat depozit saxlamalıdır.
Digər bankların kartlarında isə kəşbək 2-3% aralığında dəyişir.
Daha detallı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Restoranlarda alış-veriş zamanı qazanılan kəşbək faizi |
Aylıq qazanılan maksimum kəşbək |
Azərbaycan Beynəlxalq Bankı |
TamKart VISA Classic Debet |
4 fərqli kateqoriyanı seçmək olar: Kapitalist və Gənc+ – 2%, Romantik – 2,5% Səhmdar – 3% |
300 AZN |
Kapital Bank |
Birbank Cashback debet |
3% |
100 AZN |
Yelo Bank |
Yelo Light |
4% |
40 AZN |
Xalq Bank |
XalqKart CASHBACK |
2% |
300 AZN |
Bank of Baku |
Bolkart Debet Bolkart Kredit |
KFC, Pizza Hut və Smit Sarayı: Bolkart Debetlə - 3%, Bolkart Kreditlə - 8% McDonalds və digər restoranlarda - Bolkart Debetlə - 3%, Bolkart Kreditlə - 7% |
40 AZN |
Rabitəbank |
Kartmane Debet Kartmane Kredit |
Kartmane Debet - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 3% Kartmane Kredit - Kartla ödənişdə 2%, Apple Pay və Google Pay ödənişdə 3% |
200 AZN |
Azər-Türk Bank |
ATB card |
2% |
200 AZN |
Bank Respublika |
Visa Neo Standard |
4% |
200 AZN |
AccessBank |
myCard Standard |
5% |
50 AZN |
Unibank |
UCard |
*Classic mərhələ 2%, Pro mərhələ 2,5% və Premium mərhələ 2,5% |
50 AZN |
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.