Azərbaycanda bankların kartlarla bağlı ən cəlbedici təkliflərindən biri də biri yanacaq satışları üzrə «kəşbək»lərdir.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (Oktyabr, 2025)
FED.az xəbər verir ki, yanacaq xərcləri əhalinin büdcəsində böyük yer tutduğuna görə, «yanacaq kəşbək»i xüsusilə avtomobil sahiblərinin kart seçimlərinə təsir edir.
«Yanacaq kəşbək»ləri hər iki tərəfə sərfəlidir. Kütləvi məhsul olan avtomobil yanacağından hər gün 10 minlərlə insan istifadə edir, banklar isə bu alətlə kifayət qədər potensiallı təbəqəni loyal saxlayır, onları müxtəlif kart məhsulları ilə tanış edirlər.
FED.az avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb.
Məlumatlara əsasən, YDM-lərdə ən yüksək kəşbək dərəcəsini “Azərbaycan Beynəlxalq Bankı”nın “TamKart VISA Classic Debet” kartı təqdim edir. Bu kartla IST Petrol məntəqələrində ödəniş edənlər alış məbləğinin 5%-ni geri qazanırlar. Aylıq maksimum cashback limiti 300 AZN təşkil edir.
Yüksək kəşbək təklif edən kartlardan biri də “Unibank”ın “Ucard” kartıdır. Bu kartla SOCAR yanacaqdoldurma məntəqələrində 5%-dək kəşbək qazanmaq mümkündür. Digər yandan “Bank of Baku”nun “Bolkart Kredit” kartı ilə də “Azpetrol” və “SOCAR” məntəqələrində 5% cashback əldə etmək mümkündür. Lakin ödəniş YDM-dəki “Bank of Baku” posterminalı vasitəsilə aparıldıqda kəşbək hesablanır.
Bank kartları və yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan cashback dərəcələri aşağıda təqdim etdiyimiz cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
Azərbaycan Beynəlxalq Bankı |
IST Petrol - 5% |
300 AZN |
|
Yelo Bank |
Standart cashback paketi ilə 3%, parlaq cashback paketi ilə 4% |
Standart paketi seçənlər 90 AZN, Parlaq paketi seçənlər isə 140 AZN |
|
Xalq Bank |
3% |
300 AZN |
|
Bank of Baku |
* «Azpetrol» və «Socar» – debet kartla 1.5%, kredit kartla 5% |
40 AZN |
|
Rabitəbank |
Debet - Kartla ödənişdə 0,5%, Apple Pay və Google Pay ödənişdə 1.5% Kredit - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 5% |
200 AZN |
|
Bank Respublika |
2% |
300 AZN |
|
Azər-Türk Bank |
1% |
200 AZN |
|
Unibank |
**SOCAR- Classic mərhələ 4%, Pro mərhələ 4,5% və Premium mərhələ 5% |
50 AZN |
* Qeyd: "Azpetrol" və “Socar” YDM-larda "Bol kart" kartları ilə ödəniş etdikdə "kəşbək" almaq üçün ödənişi YDM-dəki "Bank of Baku" posterminalına etmək lazımdır.
**Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.