Marketdən alış-veriş edib həm ehtiyacını qarşılayıb, həm də pulun bir hissəsini geri almaq mümkündür.
Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında - Dayan, Düşün, Dəqiqləşdir!
FED.az oktyabr ayı üzrə marketlərdə alış-veriş zamanı ən çox kəşbək qazandıran kartları araşdırıb. Belə ki, market alış-verişləri üçün ən çox kəşbək qazandıran iki əsas seçim var: «AccessBank» və «Unibank».
Əlavə şərt olmadan birbaşa yüksək faiz qazandıran kart «AccessBank»ın myCard White kartıdır. Bu kartla limitsiz 5% kəşbək qazanmaq mümkündür.
Digər kart isə «Unibank»ın UCard kartıdır, amma burada məsələ bir az fərqlidir. UCard istifadəçiləri Bravo marketlərində alış-veriş etdikdə Premium mərhələdə 5%, Pro mərhələdə 3,5%, Classic mərhələdə isə 3% kəşbək qazanırlar. Amma bu faizlərə çatmaq üçün müəyyən hədəfləri keçmək lazımdır. Məsələn, Premium üçün 800 AZN dövriyyə və 3000 AZN depozit, Pro mərhələ üçün isə 300 AZN dövriyyə və 500 AZN depozit lazımdır.
Daha detallı aşağıdakı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Marketlərdə alış-veriş zamanı qazanılan kəşbək faizi |
Kartla aylıq qazanılan maksimum kəşbək |
«Azərbaycan Beynəlxalq Bankı» |
TamKart VISA Classic Debet |
Kapitalist – 0,5% Ailə başçısı – 1% Səhmdar – 2% |
300 AZN |
«Kapital Bank» |
Birbank Cashback |
1,5% | 100 AZN |
«Yelo Bank» |
Yelo Light |
Standart paket - 3% Parlaq paket – 4% |
Standart paketi seçənlər 90 AZN, Parlaq paketi seçənlər isə 210 AZN |
«Xalq Bank» |
XalqKart CASHBACK |
2% |
300 AZN |
«Bank of Baku» |
Bolkart Debet Bolkart Kredit |
Araz və Bravo marketləri üzrə: Bolkart Debetlə - 1,5% Bolkart Kreditlə - 5%
|
40 AZN |
«Rabitəbank» |
Kartmane Debet Kartmane Kredit |
Kartmane Debet - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 1,5% Kartmane Kredit - Kartla ödənişdə 1,5%, Apple Pay və Google Pay ödənişdə 3% |
200 AZN |
«Azər-Türk Bank» |
ATB card |
0,5% |
200 AZN |
«Bank Respublika» |
Visa Neo Standard |
3% |
200 AZN |
«AccessBank» |
myCard White |
5% |
Limitsiz |
«Unibank» |
UCard |
Bravo* – Classic mərhələ 3%, Pro mərhələ 3,5% və Premium mərhələ 5% |
50 AZN |
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.