Bank kartları bazarı inkişaf etdikcə kartlar arasında rəqabət də güclənir. Banklar öz kartlarının üstünlüyünü nümayiş edirmək üçün müxtəlif sahələrə «kəşbək»lər tətbiq edirlər.
Banklarda ən sərfəli istehlak kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (Fevral, 2026)
«Kəşbək»lərin ən geniş yayıldığı istiqamət – əhalinin fasiləsiz istifadı etdiyi marketlərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı marketlərdə alış-veriş zamanı ən çox kəşbək qazandıran bank kartlarını araşdırıb.
İlkin araşdırma göstərir ki, market alış-verişləri üçün ən çox kəşbək qazandıran kartlar «AccessBank» və «Unibank»a məxsusdur.
«AccessBank»ın “MyCard White/Junior/Black” kartları ilə aylıq maksimum 100 manat qədər 5% kəşbək qazanmaq mümkündür.
«Unibank»ın “UCard”ında isə yalnız Bravo marketlərdə alış-veriş etdikdə kəşbək qazanmaq olur. UCard istifadəçiləri Premium mərhələdə 6%, Pro mərhələdə 4%, Classic mərhələdə isə 2% kəşbək qazanırlar.
Amma bu faizlərə çatmaq üçün müəyyən şərtlər var. Məsələn Premium mərhələyə çatmaq üçün aylıq 800 AZN dövriyyə və 3000 AZN depozit, Pro mərhələyə çatmaq üçün isə 300 AZN dövriyyə və 500 AZN depozit lazımdır.
«ABB» kartları ilə “Faydalı” kəşbək kataqoriyasına uyğun olaraq müxtəlif kəşbək kateqoriyaları seçmək mümkündür. “Kapitalist” kateqoriyasında kəşbək faizi 0,5% təşkil edir və aylıq maksimum 30 manat qazanmaq mümkündür.
Rabitəbankın “Yaşıl” kəşbək kateqoriyasında isə fiziki kartla ödəniş zamanı 1% ilə ayda maksimum 30 manat qazanmaq olar. “Apple Pay” və “Google Pay” vasitəsi ilə ödəniş zamanı bu faiz dərəcəsi 1,5% olur.
Araşdırma göstərir ki, ay ərzində kartla alınan ən böyük «kəşbək» limiti «Yelo bank»dadır – 2 proqram üzrə 90 manat və 140 manat. «Kapital Bank» və «Accessbank»da isə aylıq limit 100 manata çatır.
Digər bankların aylıq «kəşbək» limiti 10-30 manat arasındadır.
Bank kartlarının marketlər üzrə kəşbək faizləri daha detallı aşağıdakı cədvəldə:
Bank kartlarının marketlər üzrə kəşbək faizləri daha detallı aşağıdakı cədvəldə:
|
Bank |
Kartın adı |
Marketlərdə qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
|
ABB |
Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun |
30 manat |
||
|
"Partnyor" Kateqoriyası |
Neptun Market - 4% |
|||
|
"Ailə Başçısı" Kateqoriyası |
1% |
|||
|
"Kapitalist" Kateqoriyası |
0,50% |
|||
|
|
||||
|
AccessBank |
"MyCard White" |
5% |
100 manat |
|
|
"MyCard Junior" |
||||
|
"MyCard Black" |
||||
|
|
||||
|
AFB Bank |
"Mono Eco Debet" |
Apple Pay və Google Pay ödənişdə 2% |
20 manat |
|
|
"Mono Platinum" |
Apple Pay və Google Pay ödənişdə 3% |
30 manat |
||
|
|
||||
|
Bank Of Baku |
"Bolkart Debet" |
Araz, Bravo - 1,5% |
10 manat |
|
|
"Bolkart Kredit" |
Araz, Bravo - 3% |
|||
|
|
||||
|
Bank Respublika |
"Neo Standart" |
3% |
10 manat |
|
|
"Neo Premium" |
30 manat |
|||
|
|
||||
|
Kapital Bank |
"Birbank Kəşbək" |
1,30% |
100 manat |
|
|
|
||||
|
Yelo Bank |
"Yelo Light" |
Standart paket - 2% |
90 manat |
|
|
Parlaq paket – 3% |
140 manat |
|||
|
|
||||
|
Rabitəbank |
"Kartmane Debet/Junior" |
1,50% |
30 manat |
|
|
"Kartmane Kredit/Premium" |
3% |
|||
|
"Yaşıl Kəşbək" |
1%, Apple Pay və Google |
|||
|
|
||||
|
"Unibank"* |
"Ucard" |
Bravo Marketdə |
20 manat |
|
|
|
||||
|
Xalq Bank |
"Xalqkart Kəşbək" |
2% |
30 manat |
|
|
|
||||
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.











