Ölkə banklarının yenicə yarışı girdiyi sahələrdən biri də biznes kartlardır. FED.az xəbər verir ki, iqtisadi aktivliyin tədricən artması ilə biznes və iş adamları üçün nəzərdə tutulan kart sektorunun da inkişafı gözlənilir. Banklar bu sahədə rəqabətə artıq bir neçə il əvvəldən başlayıblar. Hazırda özünə hörmət edən demək olar ki, bütün bankların biznes kartları var. Bəs bunlardan hansı sərfəli və əlverişlidir? Bu suala cavab tapmaq üçün FED.az biznes kartların xüsusiyətlərini öyrənib.
Access bank – Visa business kartları - Hüquqi şəxslər üçün
Kartın açılması üçün müştərilər müddətdən asılı olaraq xidmət haqqı ödəməlidirlər.1il,2il və 3 il üçün 20,30 və 40 AZN ödənilir.Kartdan yalnız
terminal vasitəsi ilə ödəniş etmək olur və ATM-dən kartdan nəğd vəsait əldə etmək olmur yalnız bankın müştəri xidmətlərinəyaxınlaşmaq lazım
gəlir.
AFB bank- Visa business kartları - Hüquqi şəxslər üçün
Kartın açılması üçün 1il,2il və 3il üçün 50AZN,70AZN və 100AZN xidmət haqqı ödənilir.Nağd vəsait cıxartmaq mümkündür ATM-lərdən(komissiya 1%).
Amrah bank - Visa business kartları - Hüquqi şəxslər üçün
Ətraflı məlumat üçün yalnız Bank filiallarına yaxınlaşmaq lazımdır.
AtaBank- Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 20,40 və 50 AZN xidmət haqqı ödəməlisiniz.ATM-dən nağd vəsait əldə etmək olar(komissiya haqqı 1%)
Azərbaycan Beynəlxalq Bankı- Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 10,20 və 30AZN xidmət haqqı ödəməlisiniz. Nağd vəsait əldə etmək
mümkündür. (komissiya haqqı 1%)
Azərbaycan Sənaye Bankı - Extra biznes kartlar - Hüquqi şəxslər üçün
Bank yalnız əməkdaşlıq etdiyi şirkətlərə “Extra” biznes kartı təqdim edir. Xidmət haqqı 25 AZN ödəməklə əmakdaşlıq edən şirkətlər extra biznes kartı əldə edə bilərlər.Nağdlaşdırma zamanı komissiya haqqı Bankın ATM-lərində 2%,digər bankların ATM-lərində 3% təşkil edir.
Azər-Türk Bank- Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 30,45 və 60 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək
mümkündür (komissiya haqqı 1%).
Bank Avrasiya - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il və 2il üçün 20 və 30 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək mümkündür (komissiya haqqı 1,5%).
Bank of Baku – “İş kartlar” təklif edir -Fiziki şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il və 2il üçün 8 və 14 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək mümkündür (komissiya haqqı 1,5%)
BTB - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 10,15 və 20 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək
mümkündür. BTB bank ATM komissiya haqqı 1%, digər ATM-lər komissiya haqqı 1,5% -dir.
Bank Respublika - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 5il müddətinə 10AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək mümkündür istənilən ATM-lərdən. Komissiya haqqı 1,5% -dir.
Silk Way Bank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 2il və 3il müddətinə 20 və 30 AZN xidmət haqqı ödənilməlidir.Nağd vəsait əldə etmək mümkün deyil.
Express Bank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 20,30 və 40 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək üçün
Express bank ATM komissiya haqqı 1%,Digər ATM-lər komissiya haqqı 1,5% -dir.
Günay Bank- Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 20,30 və 35 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək üçün
Günay bank ATM-lərində komissiya haqqı 1%,Digər ATM-lər komissiya haqqı 1,5% -dir.
Kapital Bank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 20,30 və 40 AZN xidmət haqqı ödənilməlidir. Nağd vəsait əldə etmək üçün
Kapital bank ATM-lərində komissiya haqqı 1%,Digər ATM-lər komissiya haqqı 1,5% -dir.
NBC bank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 50,70 və 90 AZN xidmət haqqı ödənilməlidir.Nağdlaşdırma mümkün deyil.
PaşaBank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 3 il müddətinə 30 AZN xidmət haqqı ödənilməlidir. Nağdlaşdırma yalnız PaşaBank
ATM-lərində mövcuddur(komissiya haqqı 1 %).
Rabitəbank - Visa business kartları - Hüquqi şəxslər üçün
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 20,35 və 45 AZN xidmət haqqı ödənilməlidir. Nağdlaşdırma mümkün deyil.
Unibank- Visa business kartlar təklif edir - Hüquqi və Fiziki şəxslər üçün)
Bankın təklif etdiyi biznes kartlar əldə etmək üçün 1il,2il və 3il müddətinə 15,20 və 25 AZN xidmət haqqı ödənilməlidir. Nağdlaşdırma yalnız Unibank
ATM-lərində aparılır(komissiya haqqı 1 %)
Qeyd edək ki, biznes kartlar movcud olan banklarda karta qoyulan vəsaitlər AZN, USD, EURO kimi qoyula bilər və bütün bank kartlarında
post terminal vasistəsi ilə ödəniş etmək mümkündür.
Hansı bankın biznes kartı daha sərfəlidir – SİYAHI, MÜQAYİSƏ
15:32
23 Fev 2018