Müştərilər bank kartlarını seçən zaman bir çox nüanslara fikir verirlər. Həmin nüanslardan biri də nağdlaşdırma zamanı tutulan komissiyaların faiz dərəcəsi ilə bağlıdır. Hansı bankın nağd pul çəkən zaman çox faiz tutması müştərilərin əsas fikir verdiyi məqamlardandır.
Rayonlarda hər 4600 nəfərə 1 bankomat düşür
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, banklar müştəriləri cəlb etmək üçün müxtəlif faiz dərəcələri təyin edirlər. Daha çox müştəri cəlb etmək məqsədi ilə müəyyən dövrlərdə kompaniyalar təşkil edir – nağdlaşdırma əməliyyatlarını bütün bankomatlardan faizsiz həyata keçirmək imkanı yaradırlar.
İndi isə ölkədəki banklarda vəziyyət bir az fərqlidir. Banka aid olmayan kartlar ilə heç bir bankda komissiyasız nağdlaşdırma etmək mümkün deyil. Komissiyasız nağdlaşdırma yalnız bankın öz məhsullarına – debet və ya kredit kartlarına şamil edilir ki, bu zaman da, həmin bankın bankomatlarından istifadə etmək lazım gəlir.
FED.az biznes və maliyyə xəbərləri portalının bu dəfəki araşdırmasında bankların nağdlaşdırma zamanı tutduğu komissiyalar yer alıb. Araşdırma zamanı məlum olub ki, banklar digər bank kartları ilə öz bankomatlarından məxaric olunmasına müxtəlif komissiya haqqları tələb edirlər. Bu da, bankdan-banka dəyişir, bəzi bank aşağı faiz dərəcəsi ilə, bəziləri isə daha yüksək faiz dərəcəsi ilə komissiya tələb edirlər.
Banklarda bəzi hallarda öz kartlarına da nağdlaşdırma zamanı komissiya alırlar. Bu, adətən kredit kartlarından nağdlaşdırma həyata keçirilən zaman baş verir. Bu da, banklardan asılı olaraq 0,5-2% arasında – minimumum 1 manatdan başlayan xərclərlə həyata keçirilir.
Bankın özünə məxsus kartlarla digər bankın ATM-lərində nağdlaşdırma edən zaman faiz dərəcələrini bank özü təyin edir. Amma elə banklar var ki, həm digər ATM-lərdə nağdlaşdırma zamanı komissiya tələb edir, həm də ATM-in məxsus olduğu bank komissiya tutur. Bu, xərclərin daha da artmasına səbəb olur.
Bankların öz ATM-lərində və digər bankın bankomatlarında tutduğu nağdlaşdırma xərcləri daha ətraflı:
|
Ödəniş kartlarından nağdlaşdırma üzrə komissiya haqqı |
|||
|
S/N |
Bank |
Bankın ATM-lərindən |
Digər ATM-lərdən |
|
1 |
AFB Bank |
0-1% |
1,5% |
|
2 |
Kapital Bank |
0-3% |
1-4% |
|
3 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma |
|
|
4 |
Unibank |
0-1,5% |
1-2% |
|
5 |
Ziraat Bank |
0,5% |
1,5% |
|
6 |
Azər-Türk Bank |
0-1,5% |
1-2% |
|
7 |
Bank of Baku |
0-2% |
1,5-2,5% |
|
8 |
XalqBank |
1% |
1,5% |
|
9 |
Premium Bank |
0-0,5% |
1,5% |
|
10 |
Turan Bank |
0-1% |
1,5% |
|
11 |
AccessBank |
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma |
|
|
12 |
Rabitəbank |
0,5-1% |
0,5-1,5% |
|
13 |
Yapı Kredi Azərbaycan |
Nağd pulun çəkilməsi |
|
|
14 |
Bank Respublika |
0-1% |
1,5% |
|
15 |
Azərbaycan Sənaye Bankı |
0-2% |
1-2% |
|
16 |
Bank Avrasiya |
1% |
1,5% |
|
17 |
Paşa Bank |
1% |
2% |
|
18 |
Yelo Bank |
0-1,5% |
1,5-2% |
|
19 |
Expressbank |
0-1,5% |
1,5-2% |
|
20 |
VTB bank |
0,5% |
1,5% |
|
21 |
Bank Melli İran |
0-1% |
- |














