FED.az zaminsiz kredit verən bankların siyahısını təqdim edir.
Eləcə də bax: «Girovun qiyməti kreditdən 150 manat artıqdırsa, bu artıq təminatlı kredit sayılır»
Qeyd edək ki, «AFB» və «Paşa Bank»da istehlak kreditləri əmək haqqı kartı yalnız bu banklarda olanlara verilir. «Premiumbank» da isə istehlak kreditləri üçün hələ tariflər hazır olmadığı üçün verilmir.
Bəzi banklar isə, əksinə, istehlak kreditlərində həvəsli görünürlər, hətta aksiyalar da var. Belə ki, “Bank VTB”də 300 manat - 5 min manat aralığında zaminsiz olaraq kredit verilə bilər. Onlayn müraciət etməklə, krediti illik 22%-lə, filiala yaxınlaşaraq isə 23%-lə əldə etmək olar.
Eləcə də bax: «Ehtiyatlı bank» ehtiyat ayırmaları ilə tanınar - 2018-İN NƏTİCƏLƏRİ
“Unibank” da isə kreditin faiz dərəcəsi müştərinin maaşının məbləğindən asılıdır. Belə ki, əmək haqqı 2 min manat və daha yuxarıdırsa, kreditlər 18% faizlə verilir. Maaşı 2 min manatdan aşağı olanlar isə kredit 1 ilillik müddətə 21%-lə, olacaq, 1 ildən artıq müddətə isə 23%-lə götürə bilərlər.
Eləcə də bax: 150 faizlik kredit: Ölkədə faizlər niyə bu qədər yüksəkdir? - ARAŞDIRMA
“Rabitəbank” da kredit faizi 22%-dən başlayır. Lakin bankın öz əməkdaşları üçün faiz dərəcəsi 18%-dir. “Accessbank”da isə əsas şərt kreditin hansı müddətə götürülməsidir. Zaminsiz götürülən kredit 1 il müddətinə verilir, məbləğ isə əmək haqqından asılıdır.
İstehlak Kreditləri |
Məbləğ |
Müddət (ay) |
Faiz |
Komissiya |
“Bank Respublika” |
500 – 10 min |
36 |
18% |
1-2% |
“Bank VTB” |
300 – 5 min |
6-36 |
28% |
1% |
“Expressbank” |
300 – 20 min |
3-48 |
20% |
3%-ə qədər |
“Amrahbank” |
300-10 min |
3-36 |
20% |
1% |
“Bank Avrasiya” |
500- 3 min |
18 |
25% |
1% |
“Accessbank” |
Maaşdan asılıdır |
12 |
25% |
1% |
“Paşa Bank” |
30 min |
48 |
19-24% |
1% |
“Unibank” |
Maaşdan asılıdır |
3-48 |
18%-23% |
2% |
“Azər Türk Bank” |
300 -10 min |
3-48 |
19-27% |
1% |
“NBC Bank” |
5 min |
36 |
23-27% |
- |
“Nikoil Bank” |
300-5 min |
6-36 |
22%-25% |
0% |
“Rabitəbank” |
300-3 min |
3-36 |
18-22% |
1% |
“Bank of Baku” |
5 minə qədər |
12-48 |
27 |
2% |
“Günay Bank” |
1000 manat qədər |
12 |
24% |
|
“Beynəlxalq Bank” |
5 minə qədər |
60 |
28%, |
1% |
“Turan Bank” |
300-5 min |
6-36 |
20-28% |
1% |
“Yapı Kredi Bank” |
6 minə qədər |
36 |
19% |
1,5% |