Debet kartlar ödənişlərin böyük hissəsinin nağdsız şəkildə həyata keçirildiyi inkşaf etmiş ölkələrdə bank müştərilərinə pulsuz olaraq təklif edilir. FED.az xəbər verir ki, bu banklar kartların dövriyyələrindən kifayət qədər yüksək gəlir əldə edirlər və buna görə də müştəriləri cəlb etmək üçün müvafiq məhsulları tam ödənişsiz təklif edirlər. Bizim kimi, nağdsız ödənişlərin həcminin yeni-yeni artdığı ölkələrdə isə durum fərqlidir. Kart dövriyyələrinin o qədər də çox olmaması və əksər müştərilərin debet kartları bir və ya bir neçə əməliyyatı həyata keçirmək məqsədilə əldə etməsi səbəbindən Banklar kartların emissiyasına və saxlanmasına çəkdiyi xərci “buraxılma və xidmət olunma haqqı” adı altında kart sahiblərindən tələb edir. Daha sadə dillə izah versək əksər Banklardan debet kart əldə etmək istəyiriksə əlimizi cibimizə salaraq müəyyən qədər ödəniş etməliyik. Lakin istisnalar da mövcuddur…
Belə ki, bəzi Banklar müəyyən şərtlər daxilində öz debet kart məhsullarını müştərilərə pulsuz təklif edir. Bu şərtlərə misal olaraq aşağıdakıları göstərə bilərik.
- Bankda əmanət hesabı açmaq.
- İstifadə müddətinin sonuna qədər kart hesabında müəyyən məbləği bloklaşdıraraq saxlamaq (sığorta depoziti).
- Kart hesabına bank tərəfindən öncədən təyin edilmiş müvafiq məbləği mədaxil etmək.
3-cü bənddəki şərt müştərilər tərəfindən daha rəğbətlə qarşılanan bir şərtdir. Çünki bu halda kart hesabına qoyulmuş məbləği kartı əldə etdikdən dərhal sonra nağd və ya nağdsız formada istifadə etmək mümkündür, ilk iki bənddə isə müştərinin belə bir şansı yoxdur.
Monitorinq qrupumuz yuxarıda qeyd olunan mövzuda araşdırma aparmaq üçün banklarla əlaqə saxladı. İlkin mədaxil əsasında pulsuz debet kart təklif edən Banklar və kartın növündən asılı olaraq ilkin mədaxil məbləğləri haqqında məlumat aşağıdakı cədvəldə qeyd edilmişdir. Bir daha vurğulamaq istərdik ki, Sizin bu şərt daxilində kart hesabına mədaxil etdiyiniz vəsaitin istifadəsinə Bank tərəfindən heç bir məhdudiyyət qoyulmur. Siz bu vəsaiti bankların ATM-lərindən nağdlaşdıra (bu zaman bankin tariflərinə uyğun nağdlaşma komissiyası tutulur) və ya nağdsız formada heç bir komissiya ödəmədən POS-lar vasitəsilə istifadə edə bilərsiniz.
Bank | Kart Növü | Kartı pulsuz əldə etmək üçün ilkin mədaxil tələbi |
AccessBank | VISA Classic/MC Standard | 1 illik – 500 AZN/USD/EUR
2 illik – 800 AZN/USD/EUR 3 illik – 1000 AZN/USD/EUR |
VISA Gold/MC Gold | 1 illik– 1500 AZN/USD/EUR
2 illik – 2000 AZN/USD/EUR 3 illik – 2500 AZN/USD/EUR |
|
VISA Platinum/MC Platinum | 1 illik – 3000 AZN/USD/EUR
2 illik – 3500 AZN/USD/EUR 3 illik – 4000 AZN/USD/EUR |
|
Azərtürkbank | MC Gold | 3 illik – 500 AZN/USD/EUR |
MC Platinum | 3 illik – 1 000 AZN/USD/EUR | |
Visa İnfinite | 3 illik – 10 000 AZN/USD/EUR | |
Mastercard World Elite | 3 illik – 20 000 AZN/USD/EUR | |
Bank Respublika | Visa Electron / MC Unemboessed | 5 illik – 100 AZN/USD/EUR |
VISA Classic/MC Standard | 5 illik – 200 AZN/USD/EUR | |
VISA Gold/MC Gold | 5 illik – 1 000 AZN/USD/EUR | |
VISA Platinum/MC Platinum | 5 illik – 5 000 AZN/USD/EUR | |
Visa İnfinite / MC World Elite | 5 illik – 15 000 AZN/USD/EUR |