Azərbaycanın bank sektoru təkcə nəhəng banklardan ibarət deyil. Ölkədə nisbətən kiçik banklar da var və onlar öz miqyaslarında olan həmkarları ilə rəqabətdədirlər.
FED.az xəbər verir ki, belə banklardan olan “Bank BTB” və “Bank Arasiya”nın müqayisəsi, onların maliyyə nəticələrinin və strategiyalarının necə fərqləndiyini anlamağa kömək edir.
“Bank BTB” rəqibi “Bank Avrasiya”dan 2 dəfə böyükdür
FED.az xəbər verir ki, 2024-cü ilin sonunda “Bank BTB”nin aktivləri 362 817 min manat, “Bank Avrasiya”nın isə 200 978 min manat təşkil edib. Yəni “Bank BTB” aktivlərin həcminə görə, “Bank Avrasiya”dan 1,8 dəfə böyükdür. 2023-cü illə müqayisədə “Bank BTB”nin aktivləri 1,7% azalıb, “Bank Avrasiya”da isə əksinə, 8,9% artım qeydə alınıb.
Min manat |
Banklar |
Min manat |
«Bank BTB» |
Banklar |
«Bank Arasiya» |
362 817 |
Aktivlər 2024 |
200 978 |
369 155 |
Aktivlər 2023 |
184 538 |
−6 338 / -1,7% |
Aktivlərin dəyişməsi (manat / %) |
16 440 / 8,9% |
2019-2024 illəri arasında “Bank BTB”nin orta illik aktiv artımı 1,2%, “Bank Avrasiya”nın isə 4,7%olub. “Bank Avrasiya” 2022-ci ildə aktivlərini 34,1% artırsa da, 2023-cü ildə 1,3% azalma müşahidə olunub. “Bank BTB”nin aktivləri isə daha stabil dəyişikliklər göstərib.
Aktivlər Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
342 |
356 |
362 |
374 |
369 |
363 |
«Bank Arasiya» |
170 |
160 |
167 |
224 |
185 |
201 |
«Bank BTB» |
Aktivlər dinamika |
«Bank Arasiya» |
4% |
2020 |
-5,8% |
1,6% |
2021 |
4,3% |
3,3% |
2022 |
34,1% |
-1,3% |
2023 |
-17,4% |
-1,6% |
2024 |
8,6% |
1,2% |
2019-2024 (orta) |
4,7% |
Öhdəliklərin həcminə görə «Bank BTB» 3 qat irəlidədir
Öhdəlik göstəricilərində “Bank BTB”nin üstünlüyü daha qabarıq görünür. 2024-cü ilin sonuna Bankın öhdəlikləri 311 milyon manatdır, bu isə “Bank Avrasiya”nın öhdəliklərindən (116 milyon manat) az qala 3 dəfə artıqdır. 2019-cu ildən etibarən “Bank BTB”nin öhdəlikləri əsasən artaraq 278 milyondan 322 milyon manata qədər yüksəlib, lakin 2024-cü ildə bir qədər azalıb. “Bank Avrasiya” isə 2019-cu ildən bəri daha çox dalğalanma yaşayıb, 2022-ci ildə öhdəliklərin həcmi ardıcıl olaraq hər il artaraq 150 milyon manata çatsa da, 2023-cü ildə 104 milyon manata qədər, 2024-cü ildə isə 116 milyon manata qədər geriləyib.
Öhdəliklər Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
278 |
302 |
307 |
324 |
322 |
311 |
«Bank Arasiya» |
101 |
89 |
96 |
150 |
104 |
116 |
Kapital göstəricisində «Bank Arasiya» öndədir.
2024-cü ilin yekununda “Bank Avrasiya”nın kapitalı 85 milyon manat, “Bank BTB”nin isə 51 milyon manatdır. 2019-cu ildən bəri “Bank Avrasiya”nın kapitalı 70 milyon manatdan 85 milyon manata qədər artıb, “Bank BTB”nin kapitalı isə əksinə 64 milyon manatdan 51 milyon manata qədər azalıb.
Kapital Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
64 |
54 |
55 |
50 |
47 |
51 |
«Bank Arasiya» |
70 |
71 |
50 |
50 |
80 |
85 |
«Bank BTB»nin depozit portfeli daha “qalındır”
“Bank BTB” depozit portfelinin həcmi üzrə də “Bank Avrasiya”ni əhəmiyyətli dərəcədə üstələyir. 2024-cü ildə BTB-də fiziki və hüquqi şəxslərin depozitlərinin həcmi 136,6 milyon manat olduğu halda, «Bank Avrasiya»da bu göstərici 56,5 milyon manat olub. Bu o deməkdir ki, “Bank BTB”də depozitlər “Bank Avrasiya”dan 2,4 dəfə çoxdur. Hərçənd, sonuncu, 2024-cü ildə hər iki bankda depozit portfelinin azalması baş verib – «Bank BTB»də 10,7 milyon manat, «Bank Avrasiya»da isə 8,9 milyon manat.
Əmanətlər min azn |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
144,8 |
149,4 |
147,3 |
136,6 |
«Bank Arasiya» |
44,5 |
64,4 |
65,3 |
56,4 |
Hüquqi şəxslərin depozitlərində “Bank BTB” rəqibini üstələyir
2024-cü ildə “Bank BTB” də şirkətlərin depozitləri 8 553 min manat, “Bank Avrasiya”da isə 6 567 min manatdır. Bu isə “Bank BTB”nin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin “Bank Avrasiya”dan 30% çox olduğunu göstərir. 2024-cü ildə “Bank BTB”nin hüquqi şəxslərin depozitləri 65% artıb. “Bank Avrasiya” isə ötən il bu göstəricini təqribən 9% artırıb.
Şirkətlərin depozitləri min azn |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
11 917 |
10 584 |
5 162 |
8 553 |
«Bank Arasiya» |
6 412 |
12 628 |
6 034 |
6 567 |
Bankların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi
2024-cü ildə “Bank BTB”nin ümumi kredit portfeli 270 milyon manat, “Bank Avrasiya”nın isə 136 milyon manat təşkil edib. “Bank BTB”nin kredit portfeli “Bank Avrasiya”dan təqribən 2 dəfə böyükdür.
Kredit portfeli milyon |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
251 |
251 |
269 |
270 |
«Bank Arasiya» |
114 |
125 |
137 |
136 |
“Bank Avrasiya” biznes kreditləri üzrə “Bank BTB”ni geridə qoyur
2024-cü ildə “Bank Avrasiya”nın biznes kreditləri 62 480 min manat, “Bank BTB”nin isə 59 883 min manatdır. Bu o deməkdir ki, “Bank Avrasiya” biznes kreditləri üzrə “Bank BTB”dən 4,3% çox kredit verib.
Bununla belə, “Bank BTB”də biznes kreditlərinin dinamikası daha yüksək olub. 1 il əvəlki göstərici ilə müqayisədə 2024-cü ildə “Bank BTB”də biznes kreditləri 13.6% artıb, Bank Avrasiyada isə əksinə 5.6% azalıb.
İstehlak kreditlərində “Bank BTB” üstündür
2024-cü ildə “Bank BTB”də istehlak kreditləri 33 291 min manat, “Bank Avrasiya”da isə 14 507 min manat olub. Başqa sözlə “Bank BTB”nin istehlak kreditlərinin həcmi “Bank Avrasiya”dan 129% (2,3 dəfə) çoxdur. Dinamikaya baxdıqda, “Bank BTB”də istehlak kreditləri 18,9% artıb, “Bank Avrasiya”da isə 6,2% azalıb.
“Bank BTB” daşınmaz əmlak kreditlərində “Bank Avrasiya”nı böyük fərqlə üstələyir
2024-cü ildə “Bank BTB” bu sahədə 189 172 min manat, “Bank Avrasiya” isə 59 177 min manat kredit verib. Başqa sözlə “Bank BTB”nin daşınmaz əmlak kreditlərinin həcmi “Bank Avrasiya”dan 3,2 dəfə çoxdur.
Ötən il “Bank Avrasiya”nın daşınmaz əmlak kreditləri 3,7 milyon manat artdığı halda, “Bank BTB”də artım 5,6 milyon manat olub.
«Bank BTB» |
Kredit növləri (2024) Min manatla |
«Bank Arasiya» |
59 883 |
Biznes kreditləri |
62 480 |
-9 486 / 13,65 |
Biznes kreditlər dinamika (min manat / %) |
-3 734 / -5,6% |
|
|
|
33 291 |
İstehlak kreditləri |
14 507 |
5 303 / 18,9% |
İstehlak kreditləri dinamika (min manat / %) |
-968 / -6,2% |
|
|
|
189 172 |
Daşınmaz əmlak kreditləri |
59 177 |
5 626 / 3% |
Daşınmaz əmlak kreditləri dinamika (min manat / %) |
3 697 / 6,6% |
Portfellərin gəlirliyi – faiz gəlirləri
Kredit faiz gəlirlərinə baxdıqda, “Bank BTB” 2024-cü ildə kredit portfelindən 29 milyon manat faiz gəliri əldə edib, “Bank Avrasiya”nın kredit faiz gəliri isə 13 milyon manatdır.
Kredit portfelinin şərti gəlirliliyində “Bank BTB” öndədir – illik 10,7%, “Bank Avrasiya”da isə bu göstərici 9,5% təşkil edir.
Kredit portfeli gəlirlilik– 2024 |
|||
Banklar |
Kredit portfeli |
Kredit faizi gəliri |
Portfelin şərti gəlirliliyi |
«Bank BTB» |
270 milyon AZN |
29 milyon AZN |
10,7% |
«Bank Arasiya» |
136 milyon AZN |
13 milyon AZN |
9,5% |
Qiymətli kağızlara yatırımlar – «Bank BTB» irəlidədir
Aktivlərin həcmindəki üstünlük «Bank BTB»-yə bu vəsaitlərdən daha səmərəli istifadə etməyə imkan verir. 2024-cü ildə “Bank BTB” qiymətli kağızlara 4 073 min manat sərmayə qoyub, “Bank Avrasiya”nın yatırımı isə cəmi 288 min manat olub. Başqa sözlə, “Bank BTB”nin qiymətli kağızlar portfeli “Bank Avrasiya”dan 13 dəfə böyükdür. Amma burada maraqlı məqam QK-lara investisiyanın dinamikasıdır. Son 3 ildə «Bank Avrasiya» əlindəki qiymətli kağız portfelini tamamilə sataraq «əridib» - 18 milyon manatdan 288 min manata düşüb.
«Bank BTB»-də vəziyyət fərqlidir, bank 2023-cü ildə qiymətli kağızlara yatırımları 3 dfə azaldıb 3,6 milyon manata endirsə də, ötən il bu rəqəm yenidən artmağa başlayıb.
Qiymətli kağızlara investisiya Min AZN |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
3 531 |
10 497 |
3 591 |
4 073 |
«Bank Arasiya» |
16 835 |
17 952 |
7 573 |
288 |
“Bank BTB” yüksək məbləğdə investisiya qoymasına baxmayaraq, qiymətli kağızlardan əldə etdiyi faiz gəliri 1,1 milyon min manat, “Bank Avrasiya”nın isə 170 min manat təşkil edib. “Bank BTB” investisiya baxımından “Bank Avrasiya”nı xeyli üstələsə də, gəlir baxımından fərq o qədər böyük deyil. Qiymətli kağızlardan əldə olunan gəlirliliyə baxdıqda, “Bank BTB”nin portfelinin gəlirliyi 27%, “Bank Avrasiya”da isə 59%-dir.
Qiymətli kağızlar portfelinin şərti gəlirliyi – 2024 |
|||
BANKLAR |
QK sərmayələr |
QK faiz gəliri |
Portfelin şərti gəlirliliyi |
«Bank BTB» |
4 073 min |
1 111 min |
27% |
«Bank Arasiya» |
288 min |
170 min |
59% |
Hər iki bank digər banklara kreditlər verir və depozitlər yerləşdirir
Aktivlərinin digər banklarla müqayisədə kiçik olmasına baxmayaraq, “Bank Avrasiya” və “Bank BTB” yalnız müştərilərə kredit verməklə kifayətlənmir, həm də digər banklar ilə əməkdaşlıq edərək depozit yerləşdirir və kredit ayırırlar. 2024-cü il göstəricilərinə əsasən, bu sahədə “Bank Avrasiya” “Bank BTB”ni xeyli üstələyir.
“Bank BTB”nin digər banklarda yerləşdirdiyi depozit və verdiyi kreditlərin ümumi məbləği 13,8 milyon manat, “Bank Avrasiya”nın isə 38,8 milyon manatdır. Amma bu üstünlük, əslində «Bank Avrasiya»nın vəsait yerləşdirməsindəki problemin göstəricisidir. Bank faktiki olaraq bütün aktivlərinin 20%-ni başqa banklarda saxlayır.
“Bank BTB” digər banklara verdiyi kredit və depozitlərdən cəmi 83 min manat gəlir əldə edib, bu isə 0,6%-lik gəlirliliyə bərabərdir. “Bank Avrasiya”da isə bu göstərici 1 766 min manat təşkil edib və 4,5%-lik gəlirlilik təmin edib.
Başqa banklardakı depozit və kredit portfeli gəlirliyi – 2024 |
|||
Banklar |
Kredit-depozit portfeli |
Faiz gəliri |
Portfelin şərti gəlirliliyi |
«Bank BTB» |
13 793 min |
83 min |
0,6% |
«Bank Arasiya» |
38 853 min |
1 766 min |
4,5% |
Qeyri-faiz gəlirləri
2023 və 2024-cü illərdə “Bank BTB” və “Bank Arasiya”nın qeyri-faiz gəlirləri arasında fərq nəzərəçarpacaq dərəcədə olub.
2023-cü ildə “Bank BTB”nin qeyri-faiz gəlirləri 4 611 min manat təşkil edirdisə, “Bank Arasiya”da bu göstərici 2 336 min manat olub. Yəni, “Bank BTB”nin qeyri-faiz gəlirləri “Bank Arasiya”dan 2 275 min manat və ya təxminən 2 dəfə artıq olub.
2024-cü ildə isə hər iki bank qeyri-faiz gəlirlərini artırıb. “Bank BTB”nin gəlirləri 6 049 min manata yüksələrək 31,2% artım nümayiş etdirib. “Bank Arasiya” isə qeyri-faiz gəlirlərini 2 611 min manata çatdırıb ki, bu da 11,8% artım deməkdir. Bununla belə, “Bank BTB” ilə “Bank Arasiya” arasındakı fərq daha da böyüyərək 3 438 min manata çatıb.
Ümumilikdə, “Bank BTB” qeyri-faiz gəlirlərinin həm məbləğ, həm də artım tempi baxımından “Bank Arasiya”dan xeyli üstün olub. 2024-cü ildə “Bank BTB”nin qeyri-faiz gəlirləri “Bank Arasiya”nı təxminən 2,3 dəfə üstələyib.
Qeyri-faiz gəlirləri |
2023 |
2024 |
«Bank BTB» |
4 611 min |
6 049 min |
«Bank Arasiya» |
2 336 min |
2 611 min |
Əsas məsələ - hansı bank səhmdara daha çox qazanc gətirir?
Hər iki bank 2024-cü ili mənfəətlə başa vurub. Ötən il “Bank BTB”-nin xalis mənfəəti 5 270 mmin manat, “Bank Arasiya”da isə 3 930 min manat olub.
Xalis mənfəət |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
546 min |
-4 975 min |
4 999 min |
5270 min |
«Bank Arasiya» |
793 |
1 815 |
6 622 min |
3 930 min |
Ümumiyyətlə son beş il ərzində “Bank BTB” və “Bank Arasiya”nın xalis mənfəətini müqayisə etdikdə, iki bank arasında ciddi fərqlər yaranır. “Bank BTB”nin bu dövr ərzində ümumi xalis zərəri – 3 290 min manat təşkil edib. “Bank Arasiya”nın xalis mənfəəti isə 5 il ərzində 14 386 min manat təşkil edir.
Bununla yanaşı, son 2 ilin göstəricilərinə diqqət yetirəndə mənzərə fərqlidir. 2023-2024-cü illərdə “Bank Arasiya” 10 552 min manat xalis mənfəət əldə edib, sonuncu ildə mənfəət göstəricisi 40% azalıb.
“Bank BTB” isə son 2 ildə ümumilikdə 10 269 min manat mənfəət əldə edib. 2024-cü ildə mənfəət göstəricisi cüzi (təxminən 5%) də olsa artıb.
Xalis mənfəət |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
«Bank BTB» |
-9 130 min |
546 min |
-4 975 min |
4 999 min |
5270 min |
«Bank Arasiya» |
1 226 |
793 |
1 815 |
6 622 min |
3 930 min |