Azərbaycanda banklar pulu təkcə kreditlərdən qazanmırlar, bankların gəlirlərində qiymətli kağızlara yatırımlar da böyük rol oynayır.
Hansı bank kredit portfelini daha gəlirli idarə edir? – BANKLAR, MƏBLƏĞLƏR – RENKİNQ (31.12.2023)
FED.az xəbər verir ki, ölkənin qiymətli kağız bazarı darıxırıcı, emitent və çeşid baxımından kasaddır – burada qiymətli kağızların əksəriyyəti dövlət qurumlarına aid olan alətlərdir. Maliyyə nazirliyinin buraxdığı qısa, orta və uzunmüddətli dövlət istiqrazları, Mərkəzi Bankın notları və ayrı-ayrı dövlət şirkətlərinin istiqrazları bankların yatırım etdiyi əsas kağızlardandır.
Bankda kreditin bağlanması arayışı neçəyədir? – BANKLAR, MƏBLƏĞLƏR, SİYAHI
Ümumilikdə 2023-cü ilin sonuna olan məlumata görə, bankların qiymətli kağızlara yatırımlarının ümumi həcmi 7,1 milyard manat təşkil edir ki, bunun da təqribən 6 milyard manatı 3 bankın – Azərbaycanın bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankının (ABB Bank) və «Paşa Holdinq»in bank cütlüyünün – «Kapital Bank» və «Paşa Bank»ın payına düşür.
Azərbaycan banklarında ən sərfəli - DOLLAR ƏMANƏTLƏRİ - BANKLAR, ŞƏRTLƏR (APREL, 2024)
FED.az xəbər verir ki, qiymətli kağızlara sərmayə ən çox sərmayə edən bank «Kapital Bank»dır. Bank 2023-cü ilin sonuna olan göstəricilərə görə 2,2 milyard manat qiymətli kağzılara vəsait yatırıb. Bir qədər fərqlə «Paşa Bank» ikinci yerdədir, bankın qiymətli kağzılara etdiyi sərmayə miqdarı 2 milyard manatdır. 1,5 milyon manat sərmayə ilə üçüncü sıranı ölkənin bank sisteminin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) tutur.
Banklarda səfirlik arayışı almaq neçəyədir? - BANKLAR, MƏBLƏĞLƏR, SİYAHI
Qiymətli kağızlardan ən böyük gəliri də bu banklar götürür – hər bir bankın bu sahədən gəliri 113-124 milyon manat arasında dəyişir. 4-cü yeri tutan «Xalq Bank»ın qiymətli kağızlara yatırımları 455 milyon manat, oradan gəlirləri isə 25 milyon manatdır.
Banklar öz işçilərinin əməkhaqqına – NƏ QƏDƏR PUL XƏRCLƏYİR? – BANKLAR, MƏBLƏĞLƏR
Qiymətli kağız portfelinin effektiv idarə olunması iqtisadi şərait, faiz dərəcələri və portfelin bölüşdürülməsi kimi amillərlə sıx bağlıdır. 2023-cü ilin sonunda qiymətli kağızlar portfelindən ən çox gəlir qazanan bank «Bank Avrasiya» olub, adı çəkilən bankın qiymətli kağızlar portfeli gəlirliyi 11,8% təşkil edir.
Portfelin gəlirliyinə görə ikinci yerdə «AFB Bank» qərarlaşıb – 9,1%. Qiymətli kağızlar portfelini səmərəli idarə edən növbəti bank isə «Expressbank»dır - kağızlara 52 milyon manatlıq investisiya ona il ərzində 4,4 milyon manat gəlir gətirib – portfelin şərti gəlirliyi 8,6% təşkil edir.
№ |
Banklar |
QK sərmayələr (min AZN) |
QK faiz gəliri (min AZN) |
Portfelin şərti gəlirliliyi |
1 |
7 573 |
897 |
11,8% |
|
2 |
AFB Bank |
41 576 |
3 766 |
9,1% |
3 |
51 930 |
4 453 |
8,6% |
|
4 |
VTB Bank |
11 064 |
940 |
8,5% |
5 |
Azər‐Türk Bank |
63 522 |
5 105 |
8,0% |
6 |
Bank Respublika |
6 693 |
4 891 |
7,3% |
7 |
1 587 437 |
113 036 |
7,1% |
|
8 |
TuranBank |
41 273 |
2 794 |
6,8% |
9 |
YapıKredi Bank |
84 427 |
5 350 |
6,3% |
10 |
PAŞA Bank |
2 013 144 |
124 616 |
6,2% |
11 |
Unibank |
66 215 |
4 045 |
6,1% |
12 |
Rabitəbank |
110 761 |
6 536 |
5,9% |
13 |
XalqBank |
455 681 |
25 085 |
5,5% |
14 |
YeloBank |
8 594 |
464 |
5,4% |
15 |
Kapital Bank |
2 284 852 |
121 903 |
5,3% |
16 |
Bank of Baku |
44 733 |
2 358 |
5,3% |
17 |
AccessBank |
104 513 |
5 251 |
5,0% |
18 |
Ziraat Bank |
46 798 |
- |
- |
19 |
Bank BTB |
3 591 |
- |
- |
20 |
Naxçıvanbank |
17 719 |
- |
- |