Bütün dünyada olduğu kimi, Azərbayanda da bankların gəlirlərinin böyük bir hissəsi kredit portfellərindən əldə etdikləri gəlirlərdən formalaşır.
Bankda kreditin bağlanması arayışı neçəyədir? – BANKLAR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, Azərbaycanın bank sistemində ən iri kredit portfeli ölkənin bank sisteminin lideri olan «Azərbaycan Beynəlxalq Bankına (ABB Bank)» məxsusdur. Bankın kredit portfelinin həcmi 5 milyard manatdan çoxdur.
Kredit portfelinin həcminə görə sonrakı yerləri «Paşa Holdinq»in tərkibində fəaliyyət göstərən banklar: «Kapital Bank» və «Paşa Bank» tutur. Uyğun olaraq «Kapital Bank»ın kredit portfelinin həcmi 4,2 milyard manat, «Paşa Bank»ın isə kredit portfelinin həcmi 2,8 milyard manat təşkil edir.
«XalqBank», «Bank Respublika», «Unibank» və «AccessBank»da kredit potfeli milyard manatdan yuxarıdır.
Bankların kredit portfellərinin şərti gəlirliliyinə gəlincə, 2023-cü ilin nəticələrinə görə, bu sahədə maksimum göstərici - 19,3% «Unibank»a məxsusdur.
Kredit portfeli ən gəlirli olan ikinci bank «Bank of Baku»dur, bankın kredit portfelinin gəlirliyi 18,5%-dir. Bir qədər aşağı göstərici ilə «AccessBank» kredit portfeli gəlirliyi üzrə 3-cü yerdə qərarlaşır – 18,2%.
2023-cü ilin nəticələrinə görə, kredit portfeli digər banklarla müqayisədə ən «səmərəsiz» idarə olunan bank – «Premium Bank» olub. Bankın 472 milyon manatlıq kredit portfeli ona cəmi 27 milyon manat gəlir gətirib ki, bu da 5,7% gəlirlilik deməkdir.
|
Banklar |
Kredit Portfeli (min AZN) |
Kredit faizi gəliri (min AZN) |
Portfelin şərti gəlirliliyi |
1 |
Unibank |
1 047 741 |
201 783 |
19,3% |
2 |
Bank of Baku |
659 043 |
121 825 |
18,5% |
3 |
AccessBank |
1 013 765 |
184 047 |
18,2% |
4 |
Naxçıvanbank |
130 719 |
19 004 |
14,5% |
5 |
Bank Respublika |
1 174 229 |
164 275 |
14,0% |
6 |
YeloBank |
764310 |
106 966 |
14,0% |
7 |
Kapital Bank |
4 272 823 |
537 090 |
12,6% |
8 |
Expressbank |
409 253 |
51 177 |
12,5% |
9 |
VTB Bank |
187 120 |
22 762 |
12,2% |
10 |
TuranBank |
629 356 |
71 675 |
11,4% |
11 |
Rabitəbank |
721 159 |
79 532 |
11,0% |
12 |
Bank BTB |
268 610 |
28 893 |
10,8% |
13 |
Azər‐Türk Bank |
447 399 |
42 721 |
9,5% |
14 |
Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) |
5 048 772 |
471 798 |
9,3% |
15 |
Bank Avrasiya |
137 169 |
12 439 |
9,1% |
16 |
YapıKredi Bank |
291 778 |
25 930 |
8,9% |
17 |
AFB Bank |
180 050 |
15 401 |
8,6% |
18 |
PAŞA Bank |
2 835 443 |
226 076 |
8,0% |
19 |
Ziraat Bank |
390 442 |
30 016 |
7,7% |
20 |
XalqBank |
1 826 964 |
112 543 |
6,2% |
21 |
Azərbaycan Sənaye Bankı |
256 472 |
15 155 |
5,9% |
22 |
Premium Bank |
471 866 |
26 987 |
5,7% |