Azərbaycan banklarının depozit itkiləri davam edir. FED.az 2017-ci ilin son rübü ilə 2018-ci ilin 1-ci rübünü müqayisə edərkən, maraqlı məqamlar ortaya çıxdı: 2018-ci ilin ilk rübündə nisbi dinamika göstərir ki, ən böyük depozit portfeli artımı Bank Melli İran Bakı filialında qeydə alınıb- 47,9%.
Sonrakı yerləri 34,1% dinamika ilə Bank Silk Vey, 27,2% ilə Xalq Bank, 25,7% ilə Expressbank, 12,2% ilə Muğan Bank tutur. Təhlillər göstərir ki, depozit portfelinin düşməsində də ən böyük pay da elə xarici banka məxsusdur. Belə ki, Pakistan Milli Bankının Bakı filialı depozitlərinin 48%-ni itirirərək, nisbi dinamika üzrə “qırmızı xətt”də liderlik edir. Mənfi dinamika üzrə ikinci yerdə Bank of Baku dayanır. Belə görünür ki, bankın müştərilərinin 26,3%-i depozitlərini geri çəkib. Beşlikdəki digər yerlərdə Baynəlxalq Bank 17,4%, Azər-Türk Bank 15,8%, AFB Bank 13,3% mənfi dinamika göstərib.
Bu ilin üç ayı üzrə depozit portfelindəki dəyişikliklər belədir:
Sıra |
Bankın adı |
IV rüb 2017, min manatla |
I rüb 2018, min manatla |
1 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
5155,5 |
4258,9 |
2 |
PAŞA Bank ASC |
2822,0 |
2976,0 |
3 |
Kapital Bank ASC |
2362,0 |
2440,0 |
4 |
Xalq Bank ASC |
1170,9 |
1489,9 |
5 |
Azərbaycan Sənaye Bankı ASC |
628,7 |
586,3 |
6 |
Rabitəbank ASC |
575,4 |
500,8 |
7 |
Bank Respublika ASC |
471,8 |
497,0 |
8 |
AccessBank QSC |
399,8 |
428,2 |
9 |
Unibank KB ASC |
355,9 |
331,5 |
10 |
AtaBank ASC |
329,4 |
329,1 |
11 |
Silk Vey Bank ASC |
242,1 |
324,8 |
12 |
Yapı Kredi Bank Azərbaycan QSC |
329,8 |
310,5 |
13 |
Nikoil Bank İKB ASC |
229,2 |
250,0 |
14 |
AFB Bank ASC |
287,8 |
249,5 |
15 |
AGBank ASC |
216,6 |
231,6 |
16 |
Muğanbank ASC |
201,8 |
226,3 |
17 |
TuranBank ASC |
227,3 |
224,8 |
18 |
Azər Türk Bank ASC |
218,3 |
183,8 |
19 |
Expressbank ASC |
144,9 |
182,2 |
20 |
Bank of Baku ASC |
241,7 |
178,3 |
21 |
Amrahbank ASC |
139,4 |
143,5 |
22 |
Bank BTB ASC |
90,3 |
93,2 |
23 |
Günay Bank ASC |
86,1 |
89,5 |
24 |
Ziraat Bank Azərbaycan ASC |
80,1 |
89,1 |
25 |
NBCBank ASC |
74,0 |
82,5 |
26 |
Bank Avrasiya ASC |
49,0 |
51,8 |
27 |
Bank VTB (Azərbaycan) ASC |
47,1 |
47,7 |
28 |
Bank Melli İran Bakı filialı |
2,7 |
3,9 |
29 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
1,2 |
0,6 |
30 |
Naxçıvanbank ASC |
32,6 |
|
|
CƏMİ |
17 213 |
16 801 |
2017-ci ilin IV rübü ilə 2018-ci ilin 1-ci rübü arasında depozit portfeli üzrə dinamika isə aşağıdakı cədvəldə öz əksini tapıb.
İlhamə Abdullayeva