Dövlət bankı Azər Türk Bank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsinə əsasən mənzil əldə etmək üçün müraciət edən şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsini davam etdirir.
Qeyd edək ki, 16 dekabr 2023-cü il tarixindən etibarən MİDA tərəfindən satışına başlanan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün bu keçid vasitəsilə https://atb.az/mida/ Banka müraciət edə bilərlər.
Kreditlər illik 4%-lə 30 il müddətinədək rəsmiləşdirilir. İlkin ödəniş 10% həcmində müəyyən edilmişdir.
Güzəştli ipoteka kreditləri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.