Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi, ümumilikdə 442 mənzilin satışı prosesinə 30.03.2022-ci il tarixində başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatdırılmışdır.
Bununla əlaqədar, mənzil sahibi olacaq şəxslər Azər Türk Banka müraciət etməklə bu məqsədlə nəzərdə tutulmuş kreditləri sürətli şəkildə və heç bir bank xidmət haqqı tələb edilmədən rəsmiləşdirə bilərlər.
Bu barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.