“3 min dollarla 50 min dollar kredit olanlara eyni güzəşt tətbiq olunmayacaq”
FED.az xəbər verir ki, prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Eləcə də bax: İlham Əliyevin «problemli kredit» təşəbbüsü ilə bağlı - ASSOSİASİYADAN AÇIQLAMA
Hökumətdəki mənbə problemli kreditlərlə bağlı bəzi detallar barədə danışıb:
“Ölkə başçısının müvafiq göstərişinə əsasən, problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər ediləcək”.
Eləcə də bax: Prezidentin problemli kreditlər təşəbbüsünə - BANKLARDAN CAVAB - AÇIQLAMA
Hökumətdəki mənbə onu da deyib ki, güzəştlər təkcə dollarla olan kreditlərə şamil edilməyəcək:
“Manatla götürülən kreditlərə də güzəştlərin tətbiq edilməsi gözlənilir. Yaxın günlərdə hamı bu məsələ ətrafındakı müsbət dəyişikliklərin şahidi olacaq”.