ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən Gürcüstanın aparıcı özəl banklarından biri olan "TBC Bankı"nın iranlılara məxsus hesabları blokladığı bildirildilir.
FED.az xəbər verir ki, "Mehr" agentliyi buxəbəri İran-Gürcüstan Ticarət Palatasının sədri Seyid Fatemeh Mugimiyə istinadən yayıb. Mugimi, "Bu məsələni araşdırdıq. Bəzi iranlıların hesabları blok edilib. Hazırda bəzi səbəblərə görə yeni hesab da aça bilmirlər",- deyib.
"TBC Bank"ın açıqladığı qərara görə, iqtisadi sanksiyalara məruz qalan İran, Suriya, Sudan, Şimali Koreya, Liviya və Kuba vətəndaşları yaşamaq icazəsi almadan Gürcüstanda bank hesabı aça biməyəcəklər.