Gürcüstanda fəaliyyət göstərən TBC bankın təsisçisi Mamuka Xazaradzeictimai hərəkat yaradır.
FED.az-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
M.Xazaradze bildirib ki, yeni hərəkat bu ilin sentyabr ayında təsis olunacaq: “Dostlar, həmkarlar və müxtəlif sahələrin peşəkarları ilə birgə ictimai hərəkat yaradılacaq. Təşkilatın əsas məqsədi ölkənin birləşdirilməsi, onun müstəqillik və azadlığının qorunmasıdır”.