Gürcüstanda aparıcı kommersiya banklarından biri olan "Bank of Georgia" ölkədə koronavirusla əlaqədar kredit ödənişləri ilə bağlı istehlakçılara üç aylıq yubanma fürsəti tanıyıb.
Eləcə də bax: Gürcüstan da "ucuzlaşır" - DOLLAR 3 LARİNİ KEÇDİ
FED.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
"Mövcud vəziyyəti nəzərə alan Gürcüstan Bankı istehlakçı yönümlü bir bank olaraq yeni təşəbbüs irəli sürüb. İnsanların kütləvi toplaşma yerlərinə axını azaltmaq və koronavirusun yayılmasının qarşısını almaq üçün şəxslərə kredit öhdəlikləri üçün üç ay güzəşt müddəti təklif edib", - deyə məlumatda qeyd olunur.
Bu gündən etibarən üç ay müddətinə kreditə xidmət haqqını ödəməli olan istehlakçılar aylıq ödənişləri may ayına qədər təxirə sala biləcəklər.
Gürcüstan Bankı bu qərarı Gürcüstanın Baş naziri Georgi Qaxariyanın iqtisadi blok və bank sektorunun nümayəndələri ilə koronavirusun yayılması kontekstində iqtisadiyyatın stimullaşdırılması tədbirlərinin görülməsi ilə keçirilmiş işçi görüşündən sonra qəbul edib.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirus 12 yaşında bir yeniyetmə də daxil olmaqla 25 nəfərdə aşkarlanıb.