Gürcüstan əhalisinin banklara olan borcu keçən il artaraq 2018-ci il yanvarın 1-nə 19,7 milyard lari (təqribən 8,7 milyard dollar) təşkil edib. FED.az Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1,4 milyard lari və ya 618 milyon dollar artıqdır.
2016-cı ilin analoji dövrü ilə müqayisədə isə kredit portfeli 6,4 milyard lari və ya 2,8 milyard dollar artıb. Başqa sözlə, son iki ildə – 2016-cı ilin əvvəlindən 2018-ci ilin əvvəlinə qədər Gürcüstanda bankların kredit portfeli dollar ifadəsində 47,5% artıb.
Bankın məlumatına görə, hesabat dövründə xarici valyuta - dollar ilə verilən kreditlərin həcmi 1,7 milyard azalaraq 5,1 milyard lari olub. Milli valyuta ilə götürülən kreditlərin həcmi isə 2 milyard artaraq 6,4 milyard dollar təşkil edib.
Amma hüquqi şəxslərin dollarla götürdüyü kreditlərin həcmi artaraq 7,3 milyard dollar olub. 2017-ci ildə isə bu göstərici 6,8 milyard dollar olub.
Gürcüstandan fərqli olaraq son 3 ildə Azərbaycanda kreditlərin həcmi həm manat, həm də dollar ifadəsində azalmaqdadır. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkə üzrə kredit portfelinin məbləği 2016-ci ilin yanvarın 1-ə 21 730,4 milyon manat və ya 13 921 milyon dollar, 2017-ci il yanvarın 1-ə isə 16 444,6 milyon manat və ya 8 565 milyon dollar təşkil edib.
Nəhayət 2018-ci ilin yanvarın 1-də kredit portfelinin həcmi 11 757,8 milyon manat 6 916 milyon dollar təşkil edib. Başqa sözlə, son iki ildə Azərbaycan banklarının kredit portfeli həm manat, həm də dollar ifadəsində 2 dəfə azalıb.
Azərbaycan və Gürcüstanda kredit portfelinin dəyişməsi
Tarix |
Kredit portfelinin həcmi |
|
Azərbaycan |
Gürcüstan |
|
01.01.2016 |
13,9 mlrd. Dollar |
5,9 mlrd. dollar |
01.01.2017 |
8,6 mlrd. dollar |
8,1 mlrd. Dollar |
01.01.2018 |
6,9 mlrd. dollar |
8,7 mlrd. Dollar |