“Günaybank” ASC-nin Bakıda fəaliyyət göstərən şöbələrindən biri fəaliyyətini dayandırıb.
Eləcə də bax : Bakıda İran Bankının binasını söküb – PULUNU VERMƏYİBLƏR
FED.az xəbər verir ki, bankın Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, bina 2 ünvanında yerləşən 3 saylı şöbəsi bağlanıb.
Bankın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bank həmin ünvanda yerləşən ofisi icarəyə götürülmüşdü və
şöbənin bağlanmasına da səbəb yer sahibinin təklif etdiyi icarə şərtlərinin banka uyğun olmaması ilə bağlıdır.
Qeyd edək ki, 3 saylı şöbə müvəqqəti olaraq Xətai r-nu,1212-ci məhəllə,Nobel pr-ti 15 ünvanına köçürülüb.
“GünayBank”ın şöbəsi bağlandı - SƏBƏB
21:09
8 Aprel 2019