“Günaybank”ın problemli kreditlərinin məbləği məlum olub.
FED.az xəbər verir ki, “Günaybank”ın vaxtı keşmiş kreditlərinin məbləği 73 milyon 935 min manatdır. Bu göstərici kredit portfelinin 45,7%-i deməkdir.
Eləcə də bax:“Günaybank”ın səhmləri - LİSTİNQƏ DAXİL EDİLİB
Bankın ümumi kredit portfelinin həcmi 161 milyon 703 min manatdır.
Bank ən çox krediti tikinti sahəsinə verib. “Günaybank” adı qeyd edilən sahəyə 109 milyon 552 min manat kredit verib. Bankın ikinci ən çox kredit ayırdığı sahə fiziki şəxslərə verilən kreditlər olub. Belə ki, bank bu sahəyə 36 milyon 628 min manat kredit ayırıb.
Bankın regionlar üzrə kredit bölgüsünə gəldikdə isə ən çox kredit Bakıdan sonra Abşeron rayonunda verilib 6 milyon 580 min manat. Abşeron rayonundan sonra Bank həmçinin Sumqayıtda da çox kredit verib. Belə ki, bu şəhərdə 5 milyon 003 min manat kredit verilib.
Bank ən çox krediti Bakıda verib - 149 milyon 967 min manat . Elə ən çox vaxtı keçmiş kreditlər də Bakıdadır. Belə ki, bankın paytaxtda verdiyi 73 milyon 935 min manatlıq kreditin 73 milyon 899 min manataının və ya 99,95% -nin vaxtı keçib.