“GünayBank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub.
FED.az xəbər verir ki, Axundov Teymur Rafaeloviç İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Onun yerinə isə Şükürov Elşən Cavanşir oğlu təyin edilib.
Xatırladaq ki, daha əvvəl “Günay Bank”ın İdarə Heyəti sədrinin müavini işləyən E.Abdullayev Eldar Faiq oğlunun öz vəzifəsini tərk edərək Bakı Fond Birjasına rəhbər vəzifəyə getməsindən sonra İdarə Heyəti üzvlərinin sayı 4-dən 3-ə düşüb.