“Günay Bank” 2018-ci ilin ilk 9 ayı üçün hesabatını açıqlayıb. Belə ki, bankın mənfəəti keçən rübə nisbətən artdığı halda, ilin əvvəli ilə müqayisə də azaldığını müşahidə edirik.
FED.az “Günay Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən bildirir ki, bankın 2018-ci ilin ilk 9 ayında faiz gəlirləri ilin əvvəli ilə müqayisə də 5,86% azalaraq 6 mln 482 min manat, faiz xərcləri isə 2,43% azalaraq 3 mln 408 min manata enib. Yekunda, xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə ilin əvəəlinə nisbətən 9,43% azalaraq 3 mln 73 min manat olub.
Bankın qeyri-faiz gəlirləri (2018-ci ilin 3-cü rübündə) 7 mln 75 min manat, qeyri-faiz xərcləri isə 4 mln 816 min manat olub. Sonda əməliyyat mənfəəti 5 33 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 3 mln 423 min manat xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Yekunda,”Günay Bank”ın 2018-ci ilin ilk 9 ayı üçün xalis mənfəəti 1 mln 909 min manat olub. Xatırladaq ki, 2018-ci ilin 2-ci rübündə bankın mənfəəti 617 min manat, 2017-ci ilin yekununda isə 3 mln 550 min manat idi.
FED.az “Günay Bank”ın “Balans” hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk 9 ayında bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisə də 6,63% azalaraq 173 mln 761 min manata enib , keçən rübdə isə cəmi aktivlər 181 mln 695 min manat olub. Cəmi kapital 2018-ci ilin 3-cü rübündə ilin əvvəlinə nəzərən 7,76% artaraq 61 mln 887 min manata çatıb.
Kredit portfeli 2018-ci ilin 3-cü rübündə 114 mln 602 min manat olub. Müqayisə üçün qeyd edək ki, bankın kredit portfeli ilin əvvəli üçün 116 mln 71 min manat olub.
“Günay Bank”ın vəziyyəti məlum oldu - HESABAT
11:31
10 Okt 2018