İyunun 28-də, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: «Günaybank»da vəziyyəti necədir? - 4 QAT AZALMA – HESABAT
FED.az xəbər verir ki, yığıncaq Banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən inzibati binada olacaq.
İclasın gündəliyinə "Günay Bank"ın kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2021-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.