Mayın 19-da, saat 10:00-da "Günay Bank" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 ünvanında yerləşən inzibati binasında olacaq.
Eləcə də bax: "Günaybank"ın rəhbərliyinə - YENİ TƏYİNATLAR OLUB
Yığıncağın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə baxılması, eləcə də, Bankın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının və auditor rəyinin təsdiqlənməsi məsələləri daxildir.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.