19 may 2020-ci il saat 10:00-da “Günay Bank” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Sığorta şirkətinin - MƏNFƏƏTİ BÖLÜŞDÜRÜLƏCƏK - YIĞINCAQ
FED.az-ın məlumatına görə, yığıncaqda Müşahidə Şurasının üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi, İdarə Heyətinin üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi, Bankın 2019-cu il üzrə Maliyyə hesabatları və Müstəqil Auditorların rəyinin təsdiq edilməsi və digər məsələlər müzakirə ediləcək.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3A ünvanında yerləşən “Günay Bank” ASC-nin inzibati binasında baş tutacaq.