“Günay Bank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci il üçün faiz gəlirləri 8 mln 888 min manat, faiz xərcləri isə 4 mln 24 min manat olub. Bankın hesabat dövründə xalis faiz gəlirləri ötən ilə nisbətən 56,44% artaraq 4 mln 864 min manata çatıb.
2018-ci ildə qeyri-faiz gəlirləri 9 mln 208 min manat, qeyri-faiz xərcləri isə 7 mln 285 min manat təşkil edib. Əməliyyat mənfəəti ötən ilə nəzərən 7,08% azalaraq 6 mln 787 min manata enib.
Bank 2018-ci ili 1 mln 290 min manat mənfəətlə başa vurub.Xatırladaq ki, bank 2017-ci ili 4 mln 99 min manat mənfəətlə başa vurmuşdu. Belə ki, 1 ildə bankın xalis mənfəəti 3,18 dəfə azalıb.
Zərərin çox olmasının səbəbi həm əməliyyat mənfəətinin az olması, həm də aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ötən illə müqayisə də 71,51% daha çox, yəni 5 mln 497 min manat məbləğində ayırma səbəb olub.
FED.az bankın “Balans” hesabatına əsasən xəbər verir ki, bankın cəmi aktivləri hesabat dövründə ötən ilə nisbətən 0,52% azalaraq 191 mln 201 min manata enib, cəmi kapital isə 1,77% artaraq 61 mln 344 min manata çatıb.
Bankın kredit portfeli 1 ildə 4,77% artaraq 146 mln 111 min manat təşkil edib.
"Günay Bank" ın hesabatına buradan baxa bilərsiniz.