Azərbaycanın aparıcı banklarından olan "Günay Bank" yeni kampaniyaya start verib.
Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, "Günay Bank"ın "Mastercard" kart sahibləri "Bravo" supermarketlərində "Mastercard" və ya "Maestro" kartı ilə 40 AZN və daha yüksək məbləğdə alış-veriş etdikdə dərhal "Bravo"dan təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər.
Kampaniya aşağıdakı mağazalarda həyata keçirilir:
Bravo Superstore - F. Xoyski 14, Gənclik Mall, -1-ci mərtəbə
Bravo Superstore – Babək pr. Ilə Nəcəfqulu Rəfiyev küç. 29 kəsişməsində.
Qeyd edək ki, kampaniya 1 İyun – 30 İyun tarixlərində etibarlıdır.