“Günay Bank” ASC-nin səhmlərinin 1,1%-nə nəzarət edən Əhəd Şirinov vəfat edib.
FED.az xəbər verir ki, onun payı avtomatik olaraq varisinə - Bankın 2-ci əsas səhmdarı Yeganə Şirinovaya keçib.
Eləcə də bax:“Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib" - IMF
Son nəticədə Y.Şirinovanın payı 38,94%-dən 40,05%-ə yüksəlib.
Bu, son 1 ildə “Günay Bank”ın səhmdarları arasında 2-ci ölüm halıdır. Bundan əvvəl Bankın səhmlərinin 1,31%-nə nəzarət edən Ceyran Ələsgərova vəfat etmiş və onun payı avtomatik olaraq varisinə - 1-ci əsas səhmdar və Müşahidə Şurasının (MŞ) sədri Mahmud Məmmədova keçmişdi. Bununla da, M.Məmmədovun payı 50,81%-dən 52,13%-ə çatmışdı.
“Günay Bank” səhmlərinin qalan 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (“Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.