“Günay Bank” son günlər müxtəlif saytlarda barəsində yazılan həqiqətə uyğun olmayan məlumatlarla bağlı açıqlama yayıb.
ELƏCƏ DƏ BAX : Beynəlxalq Bank ixracla məşğul olan sahibkarlara - DƏSTƏK VERƏCƏK
Bankdan daxil olan açıqlamada deyilir:
“ “Günay Bank” son bir həftə ərzində mətbuatda haqqında yazılan əsassız informasiyalara cavab olaraq rəsmi şəkildə bildirir ki, bir sıra media orqanlarının “təhqiqat” xarakterli yazılarının həqiqətə uyğun olub-olmadığını və onlarla bağlı necə ölçü götürmək lazım olduğunu hər kəsdən əvvəl hüquq-mühafizə orqanları daha yaxşı bilir.
“Günay Bank” hər zaman olduğu kimi, əzmlə əməkdaşlarının səyi və işbirliyi nəticəsində uğurlarını davam etdirir, aparıcı banklarla ayaqlaşır, müştərilərinin ona etibarı və etimadı sayəsində yeniliklərə imza atır.
Bankın hər bir əməkdaşı media orqanlarının bir-birinə istinadla haqqımızda yaydıqları xəbərlərlə bağlı rəhbərliyə narazılıqlarını bildirmiş, şəffaf prinsiplərlə çalışan iş yerlərinin bu formada tənqidə tutulmasını qeyri-vətəndaş mövqeyi kimi qiymətləndirmişlər.
Bütün KİV-ə, heç bir hüquqi əsası olmayan xəbərlərlə tanınmaq, oxucu sayını artırmaq üçün haqqında yazdığı qurumdan rəsmi cavab almadan xəbər yayıb ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyənlərə bir daha bildiririk ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, vəzifəsindən, yaxud ətraf dairəsindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən hər hansı bir qurum cəzasız qalmır.
Dövrün məlum iqtisadi və ya digər zərbələrindən çıxaraq öz şərəf və mövqeyini bu günlərə qədər qoruya bilən “Günay Bank” gündəmdə yalnız uğurları və yenilikləri ilə fərqlənə bilər”.