“Bizim apardığımız yoxlamalardan sonra məlum oldu ki, “Günay Bank” və “Muğan Bank”da hesabatlılıq düzgün aparılmayıb”.
“Muğan Bank”da kompensasiyaların ödənilməsinə - BAŞLANILACAQ - TARİX
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, həmin bankların bağlanmasının səbəblərindən biri məhz bu idi:
“Biz yerində nəzarət etdik və müəyyən etdik ki, kapital çatışmazlığı var. Bundan irəli gələrək həmin bankların lisenziyalarını ləğv etdik”.