“Günay Bank” ASC təmsil olunduğu “Sumqayıt ASAN” mərkəzində Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlər üçün POS-terminal quraşdırıb. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) yaydığı məlumatda bildirilir.
Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.
Digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Günay Bank “Sumqayıt ASAN”da posterminal quraşdırdı
10:20
24 Aprel 2018