Azərbaycanın bank sektorunda öz yenilikləri ilə seçilən “Günay Bank” ASC müştərilərinin rahatlığını nəzərə alaraq daha bir pulköçürmə sistemi ilə - “Contanct” beynəlxalq sürətli pulköçürmə sistemi ilə əməkdaşlığa başlayıb.
Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, bank bu pulköçürmə sisteminə cari ilin aprel ayından etibarən qoşulub. Bununla da, “Günay Bank”ın pulköçürmə sistemlərinin sayı 5-ə çatıb. Hazırda bankda APUS, “WesternUnion”, “Zolotaya Korona”, “Xəzri” və “Contact” kimi tanınmış pulköçürmə sistemləri mövcuddur.
Bankdan bildirilib ki, “Contact” pulköçürmə sistemi vasitəsi ilə köçürmə etmək istəyən hər bir müştəri, “Günay Bank”ın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən filial və şöbələrinə müraciət edə bilərlər.
Qeyd edək ki,”Contact” sistemi üzrə pulköçürmələrinin göndərilməsi və qəbulu Rusiyada, MDB və digər xarici ölkələrdə yerləşən minlərlə məntəqələrdə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanın ilk özəl banklarından olan “Günay Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində 19 xidmət nöqtəsində hüquqi və fiziki şəxslərə geniş çeşitdə bank xidmətləri göstərilir. “Günay Bank” həmçinin “MasterCard” beynəlxalq ödəniş sisteminin üzvü olaraq plastik kartlar və elektron ödənişlər xidmətlərini də müştərilərə təqdim edir.
Ətraflı:1546
“Günay Bank” pulköçürmə sistemlərinin sayını artırır – “Сontact” əlavə olundu
15:48
13 Aprel 2018