Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, Şarcə əmirliyində korlar və zəif görənlər üçün “danışan” bankomat istifadəyə verilib.
FED.az xəbər verir ki, yeni qurğu ərəb, ingilis dillərində böyük Brayl displeyi və səs interfeysi ilə təchiz edilib. İnterfeysə səs həm dinamika, həm də tam konfidensiallıq üçün qulaqlıq vasitəsilə daxil olur. Bankomatın adilərdən fərqli olaraq üç təhlükəsizlik kamerası var.
Şarcə İslam Bankının istifadəyə verdiyi yeni bankomat korlara və zəif görənlərə kənar kömək olmadan bütün tranzaksiyaları yerinə yetirməyə imkan verir. Qurğu əlil arabasında olan şəxslər üçün də əlverişlidir.