Ölkəmizdə 31 bank olsa da bu banklardan çox az bir qismi girov əsasında vətəndaşlara kredit təklif edir. Qeyd edək ki, hər bankda girov qarşılığında kredit şərtləri fərqlidir. Əsasən girov əsasında kredit verilən zaman kredit götürənin gəlirləri hesab olnur və bundan sonra girov qismində təqdim olunan daşınmaz əmlaka və ya digər qiymətli girova qiymət təyin olunur. Əsasən girovun dəyərinin 70% dəyərində kredit təklif olunur.
Bankların girov qarşılığında kredit şərtlərini sizə təqdim edirik.
Nikoil Bank
Girovla kredit verən banklardan biri də Nikoil bankdır. Adı çəkilən bank, yalnız girova görə krediti daşınmaz əmlaka təklif edir. Bu zaman kreditin illik faizi 20%-dir. Girova verilən minimal məbləğ 7 min maksimum 50 min manatdır.
Rabitəbank
Qızıl və daşınmaz əmlaka girov əsasında kredit verilir. Daşınmaz əmlak üçün bir illik kredit faizi 24%, iki illik 25%, üç illik 26%-dı. 30 min manat məbləğində yalnız Bakı Sumqayıt və Gəncə şəhərində yerləşən daşınmaz əmlaka kredit verilir. Digər bölgələrdə yerləşən daşınmaz əmlak üçün 15 min manat verilir.
Qızıl üçün isə girova qoyulmuş zinət əşyasının 60% məbləğində pul verilir. Lakin verilən məbləğ 5-10 min manatı keçmir.
Turanbank
Bu bankda girov krediti yalnız daşınmaz əmlaka təklif edilir. 24 aya kimi verilən kreditin illik faizi 28%-dir.
Bank Avrasiya
Girov qarşılığında kredit yalnız qızıla verilir. Faiz yalnız komitə qərarından sonra bəlli olur.
Expressbank
ExpressBank da girov əsasında kredit həm qızıla həm də daşınmaz əmlaka verilir. Evə verilən kreditin illik faizi 22-26 %-di. Daşınmaz əmlakın 70%-qədər həcmində pul verilir. Qızılın illik faizi isə 33-36 %-di.