ED.az bankın 2018-ci 2-ci rübünün nəticələriə üzrə hesabatına istinadən bildirir ki, bu ilin ilk yarısında bankın faiz gəlirləri 18 mln 950,2 min manat, faiz xərcləri isə 1 mln 613,3 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 17 mln 336 min 860 manat təşkil edib.
İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 4 mln 991 min manat, qeyri faiz xərcləri isə 9 mln 435,8 min manatdır. Beləliklə, AFB Bankın əməliyyat mənfəəti 12 mln 892 min manat müəyənləşib.
Bu dövrdə 7 milyon 562 min manat Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Nəticədə bank bu ilin ilk yarısını 5 mln 330,1 min manat mənfəətlə başa vurub.
Onu da qeyd edək ki, bank keçən ili 11 mln 845 min manat zərərlə başa vurmuşdu.
Hazırda bankın kredit portfeli 166 milyon 643 min manat olub. Bu ilin əvvəlindən kreditlər 3 milyon 899 min manat artıb.
Hesabatdan məlum olur ki, hazırda bankın cəmi aktivləri 522 mln 782,1 min manatdır. Ötən ilin sonu ilə müqayisədə aktivlər 33 mln 475 min manat və ya 6 % yüksəlib.
Bu dövrdə bankın cəmi kapitalı ilin əvvəli ilə müqaisədə 71 min 750 manat və ya 1% artaraq 72 mln 4,6 min manat olub.