Gəncə şəhəri üzrə yeni Gəncə Kart Mərkəzi açılıb. FED.az xəbər verir ki, filialı Kapital Bank açıb və məqsəd sosial, əmək haqqı, pensiya və digər layihələr üzrə kartların verilməsində müştərilərin rahatlığı təmin etməkdir.
Burada müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatlarının həyata keçirilməsi də nəzərdə tutulur. Bu əməliyyatlara hüquqi, fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi, müxtəlif növ kreditlər üzrə xidmətlərin göstərilməsi də daxildir.
Gəncə Kart Mərkəzi Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 A ünvanında yerləşir.
Gəncədə Kart Mərkəzi açıldı
12:55
22 Fev 2018