Martın 9-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kvadratmetr) 18-48-49 nömrəli mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 180 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası).