Bu gündən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.
Fonddan FED.az-a verilən məlumata görə, təminatsız kreditorların tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. Əlavə olaraq ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının nəzərinə çatdırırıq ki, tələblərin ödənişi ilə bağlı sənədlərin qəbulu Gəncə şəhəri ilə yanaşı, Bakı şəhəri, Babək prospekti, 16 ünvanında həyata keçirilir", - deyə məlumatda vurğulanıb.