Azərbaycanın ən etibarlı banklarından biri olan “AGBank” 27 - ci fəaliyyət ilini qeyd edir.
FED.az xəbər verir ki, AGBank-ın yaranma tarixindən 27 il ötür. Bank ilk dəfə 09.11.1992-ci il tarixində işə başlayıb.
Bu illər ərzində “AGBank”ın daim qoruyub saxladığı əsas məqsədlərdən biri öz müştəriləri, o cümlədən tərəfdaşları və həmkarları ilə qarşılıqlı hörmətin, şəffaflığın bünövrəsi olan uzunmüddətli münasibətlərin qurulmasıdır.
Müştəri tələbatını və istəklərini nəzərə alaraq, geniş spektrdə məhsul və xidmətləri təqdim edən “AGBank”ın əsas prinsiplərindən biri də müştəri məmnuniyyətidir.
Ölkənin ən böyük banklarından biri və maliyyə sferasında ölkənin ən etibarlı tərəfdaşlarından olan “AGBank”, bank sektorunda öz mövqeyini gündən günə möhkəmləndirir.
9 noyabr 2019-cu il tarixində öz 27 illiyini qeyd edən “AGBank” fəaliyyəti ərzində Azərbaycanın bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olub. AGBank-ın nəailiyyətləri bir anda əldə edilən deyil, əziyyətli və zəhmət dolu uzun bir yol olub.
27 illik fəaliyyət - bu böyük, maraqlı və nümunəvi bir tarixdir. Bu sizin və bizim tariximizdir. Hər zaman bizimlə olduğunuz üçün Sizə təşəkkür edirik!
İnkişafımız və zənginliyimiz bizim haqqımızdır!