Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasətini təsdiqləyib. FED.az xəbər verir ki, sənəddə, fondun vəsaitlərinin hansı istiqamətdə xərclənəcəyi, investisiya vəsaitlərinin həcmi və onların necə idarə olunacağı göstərilib.
Neft Fondunun xərcləri
Sənədə əsasən Neft Fondunun xərcləri aşağıdakı istiqamətə yönələcək:
- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
- Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
- Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
- “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
Neft Fondunun investisiya portfeli
Sənədə əsasən 2018-ci ildə Fondun investisiya portfelinin həcmi 60,67 milyard manat olacaq. Bu, 2017-ci ildəkinə niçbətən 9,4 milyard manat və ya 18% artıqdır.
Fonun pulları hansı valyutada saxlanacaq?
İnvestisiya portfelinin valyuta tərkibi 2017-ci ildə olduğu kimidir – 60% dollarda, 35% avroda, 5% isə funt sterlinqdə olan aktivlərdə saxlanacaq. Qalan 10% isə digər valyutalarda saxlanıla bilər.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor's, Fitch) və ya “A2” (Moody's) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:
İnvestisiya portfeli – istiqraz, səhm, əmlak və qızıl
Sənədə əsasən fondun investisiya portfelinin 60% istiqrazlar, 25%-i səhmlər olacaq. Amma 2018-ci ildə daha ehtiyatlı siyasət aparılacaq. Sənəddə bildirilir ki, gələn il neft fondunun pulları kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondlarına yatırıla bilməz. Ötən il isə buna yol verilirdi. Vəsitlərin 10%-i daşınmaz əmlaka, 5%-ə qədəri qızıla yatırılacaq.
İnvestisiya portfelinin hədəf gəlirliliyi
Sənədə əsasən, fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür.
Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.
Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.
Gələn il Neft Fondu daha ehtiyatlı olacaq – SİYASƏT AÇIQLANDI
01:31
29 Dek 2017