Tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.
FED.az bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Eləcə də bax:Əhalinin gəlirləri açıqlanıb - HESABAT
İnflyasi səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması orta müddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı 3 ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3% artaraq 2023-cü ildə 80,3 milyard manata xərclərinin isə 7,9% artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.
Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələrində orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5% artması gözlənilir.