Bank sektoru üzrə biznes kreditlərinin məbləğinin 2026-cı ildə 16,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Banklar əvvəlki kimi qazana bilmir - Mənfəətdə 14%-dən çox azalma
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Eyni zamanda, gələn il bank xidmətləri ilə təmin edilmiş əhalinin yetkin əhaliyə nisbətinin 85% təşkil edəcəyi ehtimal edilir.
Bundan başqa, 2026-ci ildə yetkin əhali arasında əmanətçilərin çəkisinin 2,7%, xərc/gəlir əmsalının isə 40%-ə bərabər olacağı ehtimal olunur.
Qeyd edək ki, Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.