Bank

Gələn ay Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Gələn ay Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək | FED.az
19:57 8 Okt 2019

Noyabrın 6-7-də Bakıda regionun ən nüfuzlu maliyyə-bank tədbiri - IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. 

Məlumata görə, tədbir "Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" mövzusunda olacaq. 

FED.az xəbər verir ki, forum "Mastercard"ın tərəfdaşlığı, ABA, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutacaq. Tədbirin məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Eləcə də bax:Azərbaycan kasıb ölkələr üçün - DONOR OLMAQ İSTƏYİR

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

Forum çərçivəsində müxtəlif əlaqədar tədbirlərin və mitupların keçirilməsi də nəzərdə tutulur.

report.az

Digər xəbərlər